Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında vacib məsələlərdən biri də müasir xidmət sahələrinin yaradılmasıdır. Muxtar respublikada turistlərin tələbatına uyğun xidmət sahələrinin yaradılması əsas hədəflərdəndir. Hazırda Naxçıvan şəhərində "Saat Meydanı" Kompleksi inşa olunur.

NUHÇIXAN xəbər verir ki, martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə olmuş, görülən işlərlə maraqlanmışdır.

Bildirilmişdir ki, ümumi sahəsi 10 min kvadratmetr olan kompleks dairəvi formada tikilmiş 2 mərtəbəli binadan, 6 metrlik saat qülləsindən və meydandan ibarətdir. Binanın birinci mərtəbəsində 4 restoran və 1 kafe fəaliyyət göstərəcək, sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon, ingilis mətbəxlərinin nümunələri təqdim olunacaqdır. Gənclərin asudə vaxt keçirtmələri üçün hərtərəfli şərait yaradılacaq, 3 kinoteatr istifadəyə veriləcəkdir. Həmçinin burada geyim və hədiyyə dükanları, uşaq əyləncə bölməsi fəaliyyət göstərəcəkdir.   

Binanın ikinci mərtəbəsində 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaqlı otel yerləşir. Müasir memarlıq üslubunda inşa olunmuş kompleksin meydanında isə konsert səhnəsi və fəvvarə qurulmuşdur. Ərazidə oturacaqlar qoyulacaq, dekorativ ağac və güllər əkiləcəkdir.

Ali Məclisin Sədri gənclərin və turistlərin maraqlarının nəzərə alınması, xidmət sahələrində kitab mütaliəsi üçün şəraitin yaradılması və yerli ərzaq məhsullarının satışının təşkil olunması barədə tapşırıqlar vermişdir. 

Digər rəsmi xəbərlər

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan şəhərində yeni park yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri müəllimləri təltif etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlayıb
Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək - FOTOLAR
Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTOLAR
Tarixi kənd müasir inkişaf mərhələsində - FOTOLAR
Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Muxtar respublikada Bilik Günü qeyd olunub
Şəhərtipli müasir Badamlı qəsəbəsi
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub
Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub
Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb
Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb
Geriyə
İrəli