Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat verib. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri yerli istehsalın və ixracın həcminin artırılması sahəsində görülən işlərdən danışıb. Yaşayış məntəqələrinin sürətli internetlə və rabitə xidməti ilə təmin olunduğunu bildirən Ali Məclisin Sədri elm, nəqliyyat və təhsil müəssisələrinin fəaliyyətinə toxunub, turizm potensialını diqqətə çatdırıb.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Tacikistan arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulayıb və səfərin əhəmiyyətini qeyd edib.

Səfir Rüstəm Soli səmimi görüşə görə minnətdarlıq edib, Naxçıvanda olmaqdan məmnunluq duyduğunu bildirib. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki muzeyi ilə tanışlığın onda dərin təəssürat yaratdığını qeyd edən diplomat ölkələrimiz arasındakı əlaqələrin inkişafında Ulu Öndərin xidmətlərini xatırladıb, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını vacib məsələ kimi dəyərləndirib.

Digər rəsmi xəbərlər

Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM
Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTOLAR
Yeni istirahət parkı hərbçi ailələrinin rahatlığına xidmət edəcək - FOTOLAR
Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib - FOTOLAR
Prezident Naxçıvanın səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Elçin Əliyev Ali Məclisin şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Ordubadda açılışlar edib - FOTOLAR
Tapdıq Əliyev İqtisadiyyat naziri təyin edildi
Ali Məclisin Sədri Fərman imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM
Ali Məclisin Sədri Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib - FOTOLAR
Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub - FOTOLAR
Geriyə
İrəli