Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 18-də Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam  imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin (Ərtoğrol Cavid oğlu Rasizadə) 2019-cu il oktyabrın 22-də anadan olmasının 100 illiyi tamam olur.

Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alan Ərtoğrol Cavid daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində almış, eyni zamanda Konservatoriya nəzdindəki musiqi məktəbində dərs demiş, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin  toplanması və tədqiqində iştirak etmişdir.

Ərtoğrol Cavid milli musiqi mədəniyyətimizin yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsində böyük rol oynamışdır. O, “9 Variasiya”, skripka ilə fortepiano üçün “Poema”, “Leylanın vəsfi” kimi romanslar, müharibə mövzusunda simfonik ballada və marşlar yaratmışdır.

Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub getmişdir. Ərtoğrol Cavid bədii yaradıcılıqla da məşğul olmuş, pyes və şeirləri dövrümüzədək gəlib çatmışdır. Yaradıcılığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik  külliyyatda  toplanmışdır.

Yaşadığı qısa müddətdə onun ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı rolunu, Azərbaycan xalq mahnıları və folklorunun toplanması və tədqiqi sahəsindəki əvəzsiz xidmətlərini nəzərə alıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ərtoğrol Cavidin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

2. “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".

Digər rəsmi xəbərlər

"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub
Geriyə
İrəli