Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir.

Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edir. Görülən işlərin davamı olaraq bu il Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

NUHÇIXAN xəbər verir ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma tədbirləri ilə tanış olub.

Məlumat verilib ki, Badamlı qəsəbə avtomobil yolunun uzunluğu 5,4 kilometrdir. Yol yatağı genişləndirilərək 10 metrə çatdırılıb, piyadaların və avtomobillərin təhlükəsiz və rahat hərəkəti təmin edilib. Yolun üzərindəki iki körpü əsaslı şəkildə yenidən qurulub, 12 selötürücü tikilib. Körpülərin ətrafında yuyulmanın qarşısının alınması məqsədilə istinad divarları tikilib. Həmçinin yağış sularının axıdılması üçün yol kənarlarında beton kanal çəkilib, qaz xətlərinin yeri dəyişdirilib.

Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq asfalt işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Elçin Əliyev Ali Məclisin şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Ordubadda açılışlar edib - FOTOLAR
Tapdıq Əliyev İqtisadiyyat naziri təyin edildi
Ali Məclisin Sədri Fərman imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM
Ali Məclisin Sədri Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib - FOTOLAR
Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub - FOTOLAR
İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub - VİDEO
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTOLAR
Səbuhi Məmmədov təltif edildi - SƏRƏNCAM
Badamlı qəsəbə avtomobil yolu yenidən qurulur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - FOTOLAR
Naxçıvanda müşavirə keçirilib
Geriyə
İrəli