Mayın 7-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, qapalı suvarma şəbəkəsi 59 hektar sahədə qurulub. “Qıvraq-1” nasos stansiyası vasitəsilə su Arpaçay sol sahil kanalından Yurdçu kəndindəki hovuza vurulur və öz axını ilə əraziyə ötürülür. Tikinti işləri aparılarkən uzunluğu 1100 metr olan ana xətt və 5470 metr paylayıcı boru xətti çəkilib. Boru xətlərinin üzərində 2 siyirtmə, 63 suvarma hidrantı və dəmir-beton hovuzlar quraşdırılıb. Suvarma mövsümü başa çatdıqdan sonra boru xəttindən suyun boşaldılması üçün 2 suboşaldıcı qoyulub.

Bildirilib ki, hazırda Kəngərli rayonunda 100 hektara yaxın, Şahbuz rayonunun Türkeş kəndi ərazisində isə 300 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yurdçu kəndində qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək deyib: Kəngərli rayonunun yaradılmasından 15 il ötür. Ötən dövrdə rayon böyük inkişaf yolu keçərək formalaşmış, dövlət strukturlarının fəaliyyətləri üçün lazımi şərait yaradılmışdır. Kəngərli rayonunda əkinəyararlı torpaqların suvarılması da qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə də işlər görülmüş, Böyükdüz və Xok kəndlərində qapalı suvarma şəbəkəsi qurulmuşdur. Bu gün isə Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilir. Artıq rayonda 2 min hektara yaxın ərazi yeraltı şəbəkə ilə əhatə olunmuşdur. 100 hektara yaxın ərazidə qapalı suvarma şəbəkəsinin qurulması isə davam etdirilir. Gələcəkdə Böyükdüz kəndi ərazisindəki qapalı suvarma şəbəkəsi də genişləndiriləcəkdir. Həyata keçirilən tədbirlər rayonda aqrar sahənin inkişafına səbəb olmuşdur. Muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Kəngərli rayonu da iştirak edir. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu sabitliyin və inkişafın ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Ali Məclisin Sədri deyib: Su torpağa həyat verir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi 60 hektara yaxın ərazinin 56 hektara yaxını pay, 2 hektardan çoxu həyətyanı, 3 hektara yaxını isə yaşıllıqların altında olan torpaqlardır. Ərazinin su təminatı imkan verəcəkdir ki, torpaqlar əkilsin, yaşıllıqlar artsın, bol məhsul istehsal olunsun və əhalinin məşğulluğu təmin edilsin. Torpaqların su təminatının yaxşılaşdırılması ötən illər ərzində Kəngərli rayonunda görülən ən əhəmiyyətli və vacib tədbirlərdəndir. Çünki məhsul istehsalının artması rayonda əhalinin məskunlaşmasını və məşğulluğunu təmin edir, rayonun gəlirləri artır. Böyükdüz kəndi ərazisində qurulan yeraltı şəbəkə hesabına 50-dən artıq sakin işlə təmin olunmuşdur. Məşğulluğun təmin olunması, məhsul istehsalının və əhali gəlirlərinin artması isə muxtar respublikanın inkişafına və ərzaq təhlükəsizliyinə imkan verir.

“Muxtar respublikanın büdcəsində edilmiş qənaətlər vacib sahələrə yönəldilir. Yurdçu kəndindəki qapalı suvarma şəbəkəsi də muxtar respublikanın büdcəsindən qənaət olunmuş vəsait hesabına qurulmuşdur. Tikintisi davam etdirilən qapalı suvarma şəbəkəsi də bu vəsait hesabına həyata keçirilir. Çünki bu torpaqların əkilməsi həm sakinlər, həm də dövlət üçün əhəmiyyətlidir”, - deyən Ali Məclisin Sədri yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib.

Yurdçu kənd sakini, ziyalı Qadir Məmmədov çıxış edərək deyib: Bu gün muxtar respublikanın kəndləri abadlaşır, yollara asfalt salınır, yeni məktəblər, sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Kəngərli rayonunun bütün kəndləri abadlaşıb. İnsanların rahat yaşayışı təmin edilib. Torpaqların su təminatının yaxşılaşdırılması, xüsusilə istifadəyə verilən qapalı suvarma şəbəkələri əkinçiliyin inkişafına səbəb olub. Suvarılan torpaqlar isə bol məhsul deməkdir. Ağac əkənlə su çəkən həmişə xeyir-dua sahibi olar. Yurdçu kəndinin sakinləri əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Kənddə torpaqların su təminatının yaxşılaşdırılması tütünçülüyün də inkişafına səbəb olacaqdır. Artan yaşıllıqlar arıçılıq üçün də geniş imkanlar açıb. Hər bir sakin bilir ki, bu inkişafın bir səbəbi var: o da davam etdirilən Heydər Əliyev siyasi xəttidir. Qadir Məmmədov göstərilən qayğıya görə sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salıb.

Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan şəhərində yeni park yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri müəllimləri təltif etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlayıb
Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək - FOTOLAR
Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTOLAR
Tarixi kənd müasir inkişaf mərhələsində - FOTOLAR
Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Muxtar respublikada Bilik Günü qeyd olunub
Şəhərtipli müasir Badamlı qəsəbəsi
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub
Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub
Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb
Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb
Geriyə
İrəli