Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam  imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun 2019-cu il mayın 23-da anadan olmasının 100 illiyi tamam olur.

Böyük ziyalılar yetirmiş Şahtaxtı kəndində anadan olan Hüseyn İbrahimov orta məktəbi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.

1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan Hüseyn İbrahimov sonrakı illərdə Naxçıvanda müxtəlif vəzifələrdə, o cümlədən “Şərq qapısı” qəzetinin redaktoru, Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət naziri, Yazıçılar Birliyinin sədri vəzifələrində işləmiş, üç çağırış muxtar respublika Ali Sovetinin və bir çağırış Ali Məclisinin deputatı olmuşdur.

Zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimov ədəbi fəaliyyətə ötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.

Onun yarım əsrdən artıq dövrü əhatə edən çoxşaxəli fəaliyyətinə 100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povest, 5 roman və dünya ədəbiyyatının dəyərli nümunələrinin tərcüməsi daxildir.

Yazıçının ədəbiyyat sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, “Şöhrət” ordeni ilə təltif edilmiş, “Xalq yazıçısı” adına layiq görülmüşdür.

Xalq yazıçısı Hüseyn İbrahimovun ədəbi fikrin inkişafındakı xidmətlərini nəzərə  alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

2.“Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".

Digər rəsmi xəbərlər

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub
Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub
Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb
Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb
Statistik Məlumatlar Sisteminin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM
Prezident Naxçıvanda fəaliyyət göstərən dövlət qulluqçularını təltif etdi - SƏRƏNCAM
Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlayıb
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM
Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTOLAR
Yeni istirahət parkı hərbçi ailələrinin rahatlığına xidmət edəcək - FOTOLAR
Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib - FOTOLAR
Prezident Naxçıvanın səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Geriyə
İrəli