Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının və Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək deyib: Bu gün Azərbaycanda möhkəm dövlətçilik vardır. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun da nəticəsində ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Ölkəmizdə müxtəlif sahələrdə çalışan vətənpərvər insanlar isə öz əməkləri ilə dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verirlər.

Ali Məclisin Sədri deyib: Dövlət və xalq qarşısında xidməti olanlar o yerdə təltif olunurlar ki, həmin ölkədə dövlətçilik ənənələri, sabitlik və inkişaf olsun. Bu gün xidmətlərində və fəaliyyətlərində fərqlənənlərin təltif olunması da ölkəmizdə dövlətçilik ənənələrinin inkişaf etdiyini göstərir. İnsan əməyinə qiymət verilərkən o daha da məhsuldar olur. Təltif olunanlar da çalışdıqları sahələrdə nümunə göstərən, öz xidmətləri ilə fərqlənən insanlardır.

“Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Çünki dövlətçiliyin möhkəmlənməsi ölkənin davamlı inkişafı və sabitliyi deməkdir”, - deyən Ali Məclisin Sədri təltif olunanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri medalları, Naxçıvan Muxtar Respublikasının fəxri adını, eləcə də Azərbaycan Respublikası Prezidentinin mükafatını təqdim edib.

Təltif olunanlardan Vüsal Əliyev, Füzuli Kazımov, Tahir Mirzəliyev, Rəşad Əliyev və Səbuhi Məmmədov əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq ediblər. Qeyd olunub ki, bundan sonra da ulu öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaq, səmərəli fəaliyyət göstərərək ölkəmizin inkişafına töhfə verəcəklər.

Prezident mükafatçılarından Natiq Məmmədov, Əbülfəz Məmmədov, Zülfiqar Mahmudov, Zeynalabdın Babayev, Tamerlan Bağırov, Səyyad Məmmədov və Gülnarə Hüseynova minnətdarlıq edərək deyiblər ki, Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, mədəniyyətin, incəsənətin inkişafına da xüsusi diqqət yetirilir. Milli dəyərlərimiz qorunur, muğam sənətimiz, milli musiqimiz və rəqslərimiz yaşadılır. Bu sahələrdə çalışanların təltif olunması da göstərilən diqqətin daha bir ifadəsidir.

Ali Məclisin Sədri qarşıdan dövlətçiliyimizin təməlinin qoyulduğu və elan edildiyi 28 May Respublika Gününün gəldiyini bildirib, bu münasibətlə təltif olunanları və onların timsalında muxtar respublika əhalisini təbrik edib.

Digər rəsmi xəbərlər

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub
Muxtar respublikada təbiətə qayğı göstərilir
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib
Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib
Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus verilib
Yaşıllıqlara qulluq sağlamlığımızı qoruyur
Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvanın enerji tələbatının əsası bərpa olunan enerji mənbələri hesabına ödənilir
Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Geriyə
İrəli