Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir”.

 

Muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar.

NUHÇIXAN xəbər verir ki, mayın 21-də Naxçıvan şəhərində iftar süfrəsi açılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək deyib: Xalqımız həmişə milli-mənəvi dəyərlərinə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Naxçıvanda milli-dini mərasimlər, o cümlədən, Ramazan ayı hər il böyük təntənə ilə keçirilir. Bu müqəddəs ayda xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi dərin ehtiramla yad olunur.

Ali Məclisin Sədri deyib: Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrəsinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Ali Məclisin Sədri əziz gündə xeyirxah niyyətlərlə həmrəy olduğunu bildirib, bütün dua və diləklərin qəbul olunmasını arzulayıb.

Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrəsi açılıb.

Digər rəsmi xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTOLAR
Yeni istirahət parkı hərbçi ailələrinin rahatlığına xidmət edəcək - FOTOLAR
Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib - FOTOLAR
Prezident Naxçıvanın səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Elçin Əliyev Ali Məclisin şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Ordubadda açılışlar edib - FOTOLAR
Tapdıq Əliyev İqtisadiyyat naziri təyin edildi
Ali Məclisin Sədri Fərman imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM
Ali Məclisin Sədri Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib - FOTOLAR
Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub - FOTOLAR
İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub - VİDEO
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTOLAR
Səbuhi Məmmədov təltif edildi - SƏRƏNCAM
Geriyə
İrəli