İyunun 21-də Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişib. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülüb, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Bu il də Naxçıvan şəhərində quruculuq işləri davam etdirilir, yeni yaşayış kompleksi və inzibati binalar, xidmət sahələri tikilir, parklar salınır, mövcud yaşayış binaları yenidən qurulur. İstifadəyə verilən “Saat Meydanı” da bu sahədə görülən işlərin davamıdır. Mirsənani Seyidov “Saat Meydanı”nın yeni iş yerlərinin açılması, sakinlərin və turistlərin rahatlığının təmin olunması ilə yanaşı, həm də Naxçıvan şəhərinin arxitektura quruluşunu zənginləşdirdiyini bildirib, bütün bunlara görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Artıq Naxçıvan həm də turizm mərkəzinə çevrilmişdir. Bu il Londonda nəşr olunan “Wanderlust” jurnalında da Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd olunmuşdur.

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada turizmin bütün sahələri üzrə qonaqlar qəbul edilir. Turistlərin istirahəti səmərəli təşkil olunur, onlar yaradılan şəraitdən istifadə edərək Naxçıvan, ümumilikdə isə Azərbaycan haqqında xoş fikirlərini bildirirlər. Turizmin inkişafında ən vacib məsələlərdən biri də xidmət sahəsidir. Çünki xidmət sahəsi olmadan turizmi inkişaf etdirmək mümkün deyil. Bu gün istifadəyə verilən “Saat Meydanı” da yeni xidmət sahəsi kimi turizmin inkişafına böyük dəstək olacaqdır. Həmçinin yeni fəaliyyətə başlayan turistik məkanda yüzdən artıq iş yeri açılmış, gənclər işlə təmin olunmuşlar. Bu da məşğulluğun təmin olunmasına töhfə verir.

Qeyd olunub ki, xidmət sahələrində dünyanın müxtəlif ölkələrinin mətbəxləri, eyni zamanda, milli mətbəx nümunələri turistlərə və sakinlərə təqdim olunacaqdır. Müasir formada qurulan meydanda isə gənclərin asudə vaxtları səmərəli təşkil olunacaq, müxtəlif tədbirlər keçiriləcəkdir. Ona görə də kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, turistlərə və sakinlərə nümunəvi xidmət göstərilməlidir. Çünki xidmətin düzgün təşkili əlavə turist cəlbinə və yeni xidmət sahələrinin yaranmasına şərait yaradacaqdır.

Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulayıb, əməyi olanlara təşəkkürünü bildirib və yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı” ikimərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. İki girişi olan binada 5 dükan, uşaq əyləncə bölməsi, gənclər üçün intellektual oyun zalı, otel, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir.

Kinoteatrda “CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən ən yeni dünya və yerli filmlər nümayiş olunacaqdır. 3D texnologiyası, rəqəmsal kinoproyektorlar, müasir işıq və səs sistemləri filmləri yüksək keyfiyyətdə təqdim etməyə imkan verəcəkdir.

Baxış zamanı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Ali Məclisin Sədri kinoteatrda milli mentalitetimizə uyğun filmlərin nümayiş olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və keyfiyyətli xidmət göstərilməsi barədə tapşırıqlar verib.

Oteldə 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaq vardır. Burada turistlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb.

Meydanda konsert səhnəsi və fəvvarə qurulub. Saat qülləsində isə xidmət sahələri yaradılıb, kafe və mütaliə zalı istifadəyə verilib, kitablar qoyulub, “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Bütün xidmət sahələri müasir soyutma, istilik, yanğından mühafizə və video-nəzarət sistemləri ilə təchiz olunub, ərazidə 100 yerlik dayanacaq yaradılıb, oturacaqlar qoyulub, dekorativ ağac və güllər əkilib.

Digər rəsmi xəbərlər

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub
Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub
Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb
Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb
Statistik Məlumatlar Sisteminin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM
Prezident Naxçıvanda fəaliyyət göstərən dövlət qulluqçularını təltif etdi - SƏRƏNCAM
Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlayıb
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM
Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTOLAR
Yeni istirahət parkı hərbçi ailələrinin rahatlığına xidmət edəcək - FOTOLAR
Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib - FOTOLAR
Prezident Naxçıvanın səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Geriyə
İrəli