Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Prezident İlham Əliyev iyunun 22-də dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları da var.

Prezidentin sərəncamı ilə Məmmədov Fəxrəddin Rza oğlu “Tərəqqi” medalı ilə, Qəribli İsmayıl Cavanşir oğlu, Seyidov Məcid Mirəli oğlu, Hüseynli Ülvi Mötəbər oğlu, Hüseynov Vəfadar Hüseyn oğlu, Şahverdiyev Vahid Hüseynqulu oğlu, Həsənov Hüseynağa İbrahim oğlu, Aslanov İbrahim Qoçəli oğlu, Abtalıbov Rəhim Talıb oğlu, Paşayev Cəlal İsa oğlu, Abdullayev Azər Hüseyn oğlu və Rəsulov Ramiz Məhərrəm oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

www.naxcivantv.az