Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb:

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Hüseynli Rafiq Anar oğlu - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, idman sahəsi üzrə

Bağırov Siyavuş Mehdi oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə

Əliyeva Duyqu Cabir qızı - Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, incəsənət sahəsi üzrə".

www.naxcivantv.az