Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir.

NUHÇIXAN xəbər verir ki, sentyabrın 23-də bu münasibətlə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Turizm Departamenti üçün müasir iş şəraitinin yaradıldığını bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmış Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanıb. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır.

Ali Məclisin Sədri deyib: 2019-cu ilin yanvar-avqust ayları ərzində dünyanın müxtəlif ölkələrindən muxtar respublikaya 250 minə yaxın turist gəlmişdir. Bunun bir hissəsi Turizm-İnformasiya Mərkəzinin apardığı işlər nəticəsində mümkün olmuşdur. Ona görə də muxtar respublikanın turizm potensialı, zəngin tarixi-mədəni irsi, mətbəxi və müasir inkişafı ilə bağlı informasiyalar internet üzərindən daha geniş yayılmalı və təbliğat işləri aparılmalıdır. Binada yaradılan şərait imkan verəcəkdir ki, bu vəzifələr uğurla yerinə yetirilsin. Çünki muxtar respublikaya turistlərin cəlbi digər sahələrin də inkişafına təsir edir. Eyni zamanda muxtar respublika barədə həqiqətlər, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz dünya ölkələrinə tanıdılır.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib və açılışı bildirən lenti kəsib. Bildirilib ki, binada Turizm Departamenti və “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş otaqları, eləcə də 50 yerlik iclas zalı yerləşir.

Ali Məclisin Sədri iclas zalında turizm şirkətləri üçün təlim və seminarların, eləcə də ali təhsil müəssisələrinin Turizm və otelçilik ixtisası tələbələrinin iştirakı ilə görüşlərin keçirilməsi, muxtar respublikanın turizm potensialı barədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işlərinin aparılması barədə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov yaradılan şəraitə görə minnətdarlıq edib.

Həyətdə Möminə xatın və Nuh peyğəmbərin məzarüstü türbələrini, Naxçıvan Muxtar Respublikasının turist marşrutları xəritəsini əks etdirən panolar quraşdırılıb. Turist marşrutları xəritəsində 3 müxtəlif istiqamət üzrə 24 daşınmaz tarix-mədəniyyət abidəsi, 4 su dəyirmanı, 2 müalicə mərkəzi, 2  istirahət  mərkəzi, 3 təbiət abidəsi, otel, çimərlik və muzey öz əksini tapıb.

Digər rəsmi xəbərlər

Alışar kəndində xidmət mərkəzinin açılışı olub
Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub
Muğanlıda xidmət mərkəzi istifadəyə verilib
Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub
Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb
Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan şəhərində yeni park yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri müəllimləri təltif etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlayıb
Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək - FOTOLAR
Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTOLAR
Tarixi kənd müasir inkişaf mərhələsində - FOTOLAR
Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Muxtar respublikada Bilik Günü qeyd olunub
Şəhərtipli müasir Badamlı qəsəbəsi
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Geriyə
İrəli