NUHÇIXAN xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpə kəndində xidmət mərkəzinin də açılışını edib.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara üstünlük verilir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.Ali Məclisin Sədri Kültəpənin abadlaşan kəndlər sırasına qoşulduğunu bildirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Kültəpə kəndi də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə yaradılan şərait, tikilən sosial obyektlər sakinlərə rahatlıq gətirəcəkdir. Tikmək, qurmaq işin bir tərəfidirsə, onların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Abadlaşan yaşayış məntəqələrində İctimai Nəzarət Şuraları yaradılmalı, həmin şuranın üzvləri inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və sahə müvəkkili ilə birlikdə kəndin təmizliyinin, abadlığının, yaşıllıqlarının qorunmasını və artırılmasını diqqətdə saxlamalıdırlar.

Ali Məclisin Sədri deyib: Kültəpə kəndinin məhsuldar torpaqları var. Bir neçə il bundan əvvəl kəndin su problemi də həll olunub. Bu gün kənddə yeni sosial obyektlərlə yanaşı, həm də müasir rabitə sistemi istifadəyə verilir. Artıq Kültəpə müasir Azərbaycan kəndidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, torpaqları əkməli, bol məhsul istehsal etməli, təsərrüfatları genişləndirməli, yaşıllıqlar artırılmalıdır. Kültəpə kəndi muxtar respublikamızın, ölkəmizin ərzaq təhlükəsizliyinin və inkişafının təmin olunmasında yaxından iştirak etməlidir.

Kənd ağsaqqalı, “Şöhrət” ordenli Həsən Həsənov çıxış edərək deyib: Kültəpə kəndinin inkişafı daim diqqətdə saxlanılıb. İki il bundan əvvəl kəndə yeni su kanalının çəkilməsi torpaqların su təminatını xeyli yaxşılaşdırıb. İndi həmin sahələrdə dənli bitkilərlə yanaşı, bostan və digər kənd təsərrüfatı məhsulları da yetişdirilir. Bu gün isə Kültəpə kəndi qəsəbə simasındadır. Kənd yolları asfaltlanıb, məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, rabitə və elektrik xətləri yenilənib. Bütün bunlar insanların rahat və təhlükəsiz yaşayışına xidmət edir. Həsən Həsənov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq edib.

Kənddə yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. 803 metr yeni fiberoptik və 1200 metr yeraltı rabitə xətti çəkilib, 3 transformator yarımstansiyası yenidən qurulub. Bundan başqa 10 kilovoltluq elektrik xətləri yenilənib, 7600 metr qaz xəttinin yeri dəyişdirilib, artezian quyusu qazılıb.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM
Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunub
Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb
Türkeş kənd avtomobil yolu yenidən qurulub
Türkeş Kənd Mərkəzi istifadəyə verilib
Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Geriyə
İrəli