Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri səfirin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndiyini, iqtisadi sahədə razılaşmaların əldə olunduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əməkdaşlığın inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdıran Ali Məclisin Sədri Cavad Cahangirzadənin səfərini Azərbaycan-İran əlaqələrində Naxçıvana verilən önəm kimi dəyərləndirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Cavad Cahangirzadə Ali Məclis Sədrinin İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri kimi ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinin ölkəsində məmnunluqla qarşılandığını vurğulayıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin əhəmiyyətinə toxunan səfir İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb.

Ali Məclisin Sədri İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinə çatdırmağı xahiş edib.

Digər rəsmi xəbərlər

Alışar kəndində xidmət mərkəzinin açılışı olub
Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub
Muğanlıda xidmət mərkəzi istifadəyə verilib
Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub
Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb
Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Naxçıvan şəhərində yeni park yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri müəllimləri təltif etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlayıb
Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək - FOTOLAR
Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTOLAR
Tarixi kənd müasir inkişaf mərhələsində - FOTOLAR
Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Muxtar respublikada Bilik Günü qeyd olunub
Şəhərtipli müasir Badamlı qəsəbəsi
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Geriyə
İrəli