Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarıb, sakinlərin rahat yaşayışı təmin edilib.

NUHÇIXAN xəbər verir ki, noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

 

Kənd məktəbində müasir tədris

şəraiti yaradılıb

 

Noyabrın 8-də Şərur rayonunun Yeni Havuş və Xətai kənd tam orta məktəbi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 120 şagird yerlik məktəbdə 14 sinif otağı, hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqlarla təchiz edilmiş kimya-biologiya və fizika laboratoriyaları, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə internetə çıxışı təmin edilib, 11 kompüter və 3 elektron lövhə quraşdırılıb. Kitabxanada 787 dərslik və 3309 bədii ədəbiyyat olmaqla, 4096 kitab vardır ki, bu şagirdlər üçün geniş mütaliə imkanı yaradır. Ali Məclisin Sədri şagirdlərin mütaliəyə cəlbi, eləcə də yubileyləri qeyd olunan görkəmli şəxsiyyətlərlə bağlı tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.

İdman zalında dərslərlə yanaşı, məktəbdaxili yarışların keçirilməsi üçün də lazımi şərait vardır. Hərbi kabinə isə şagirdlərin vətənpərvərlik tərbiyəsinin və hərb sənətinə maraqlarının artırılmasında mühüm rol oynayacaqdır.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otağının istifadəyə verilməsi bu sahəyə marağı artıracaqdır.

2019-2020-ci tədris ilində məktəbin birinci sinfinə 15 şagird qəbul olunub.

Məktəbin müəllimləri Vaqif Həsənov və Musa Əzizov tədris üçün geniş imkanların yaradıldığını, əlaçı şagirdlərin sayının çox olduğunu və gələcəkdə nailiyyətləri daha da artıracaqlarını bildirib, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Dövlət Bayrağı Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsdə 9 noyabr Dövlət Bayrağı Günü və muzeyin fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verilib.

Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Yeni Havuş kənd tam orta məktəbinin direktoru Məmməd Hüseynov çıxış edərək deyib: Muxtar respublikamızda hər il yeni məktəblər tikilir, ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur. Sevinirik ki, yaradılan şəraitdən Yeni Havuş kəndinə də pay düşüb. Bu gün müəllim və şagirdlərimizin istifadəsinə verilən məktəb də müasir maddi-texniki bazaya malikdir. Məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılıb. Muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər və təhsil işçilərinin sosial qayğılarının daim diqqətdə saxlanması məsuliyyətimizi artırır. Məmməd Hüseynov təhsilə göstərilən hərtərəfli qayğıya və müasir maddi-texniki bazaya malik məktəb binasının istifadəyə verilməsinə görə müəllim və şagird kollektivi, həmçinin valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib. 

Məktəbin müəllimi Afət Mahmudova çıxış edərək deyib: “Muxtar respublikamızda digər sahələr kimi təhsil də inkişaf dövrünü yaşayır. Məktəbimiz şəhər və rayon mərkəzlərində olan məktəblərdən heç də geri qalmır. Bir vaxtlar lövhədə yazmaq üçün təbaşir tapa bilmirdik. Lakin indi məktəbimizdə dərsləri elektron lövhə vasitəsilə tədris edirik. Bu da tədrisin keyfiyyətini artırır, şagirdlərin daha da bilikli və dünyagörüşlü formalaşmasına imkan yaradır. Söz veririk ki, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində səylərimizi əsirgəməyəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Yeni Havuş kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Təhsil sahəsində həyata keçirilən tədbirlər Azərbaycanı təhsili inkişaf edən ölkələr sırasına çıxarmışdır. Artıq Azərbaycanda savadsızlıq səviyyəsi çox aşağıdır. Ölkəmizdə hər bir yaşayış məntəqəsini əhatə edən məktəblər istifadəyə verilmiş, bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmışdır. Çünki təhsil sahəsində həyata keçirilən tədbirlər ölkəmizin inkişafına xidmət edir. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclər ölkəmizin inkişafında yaxından iştirak edirlər.

Ali Məclisin Sədri deyib: Gələcəyimiz olan gənclər məktəblərdə hazırlanır. Ona görə də müasir tədris şəraiti olan məktəblərin istifadəyə verilməsi qarşıda duran əsas vəzifədir. Yeni Havuş kənd tam orta məktəbində yaradılan şərait də gənclərin hərtərəfli hazırlanmasına hesablanmışdır. Vaxtilə məktəbdə lazımi tədris şəraitinin olmaması həm müəllimlər tərəfindən dərslərin tədrisində, həm də şagirdlərin təhsil almasında çətinliklər yaradırdı. Lakin bu gün məktəbdəki şərait imkan verir ki, müəllimlər dərsləri hərtərəfli tədris etsinlər, şagirdlər bilikləri qavrama yolu ilə öyrənsinlər.

“Məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir”, - deyən Ali Məclisin Sədri bildirib ki, dövlətimiz tərəfindən təhsilin inkişafına qayğı göstərilir, müəllim əməyinə yüksək qiymət verilir, onların əməkhaqları artırılır. Muxtar respublikada da bu tədbirlər uğurla həyata keçirilir. Gənclər istər ümumtəhsil, istərsə də peşə, orta ixtisas və ali məktəblərdə hərtərəfli təhsil ala bilirlər. Hazırda muxtar respublikanın peşə, orta ixtisas və ali təhsil müəssisələrində 150-yə yaxın ixtisas üzrə kadr hazırlığı aparılır, təhsilli və peşə sahibi olan gənclərimiz ölkəmizin inkişafında yaxından iştirak edirlər.

Ali Məclisin Sədri deyib: Məktəb hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək isə müəllimlərin qarşısında duran əsas vəzifədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, təhsilin səviyyəsi yüksəldilməli, məktəbin nailiyyətləri daha da artırılmalıdır.

Binanın həyətində bufet tikilib, açıq idman qurğuları və fərdi qazanxana quraşdırılıb, abadlıq işləri aparılıb.

 

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/ri/21723-%C5%9F%C9%99rur-rayonunun-yeni-havu%C5%9F-v%C9%99-x%C9%99tai-k%C9%99ndl%C9%99rind%C9%99-geni%C5%9F-quruculuq-i%C5%9Fl%C9%99ri-apar%C4%B1l%C4%B1b.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdf311abceef

www.naxcivantv.az