NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına səfərinə görə Türkiyənin Diyanət İşləri Başqanına təşəkkür edərək deyib: Naxçıvan İslamın qapısıdır. Ona görə ki, İslam Naxçıvanda könüllü qəbul olunmuş, dini dəyərlərimiz qorunub yaşadılmışdır. Bu gün muxtar respublikada 211 məscid və 17 dini icma fəaliyyət göstərir, 240-a yaxın din xadimi vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 80 məscid tikilmiş, 159 məscid isə yenidən qurulmuşdur. Həyata keçirilən tədbirlər İslam dininin olduğu kimi öyrədilməsi və təbliğinə imkan verir. Hazırda “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası üzrə ali dini təhsilli kadrlar hazırlanır. Bu ixtisasın məzunları İslamın olduğu kimi öyrədilməsi ilə yanaşı, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də səmərəli fəaliyyət göstərəcəklər.

İslamda dini dözümlülük və tolerantlıq ənənələrinin yaşadılmasından, dini-mənəvi dəyərlərin olduğu kimi insanlara çatdırılması vacibliyindən danışan Ali Məclisin Sədri ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, İslam elmi və dövlətçilik sahəsində böyük təcrübəsi olan Türkiyənin Diyanət İşləri Başqanına fəaliyyətində uğurlar arzulayıb.

Əli Erbaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb.

Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu ifadə edən Türkiyənin Diyanət İşləri Başqanı deyib: Naxçıvanın adının Nuh peyğəmbərlə bağlı olması mühüm əhəmiyyətə malikdir. Ali Məclis Sədrinin rəhbərliyi ilə qədim və müqəddəs diyar Naxçıvanda bu gün əldə olunan inkişaf, ən əsası isə İslam dəyərlərinin qorunub yaşadılması sahəsində görülən işlər qürurvericidir. Muxtar respublikadakı sabitliyin nümunə olduğunu bildirən Əli Erbaş göstərilən diqqətə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Digər rəsmi xəbərlər

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub
Muxtar respublikada təbiətə qayğı göstərilir
Ali Məclisin Sədri Sərəncam imzaladı
Geriyə
İrəli