Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri bütün şəhər və kəndləri əhatə edir.

Yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun Xələc kəndində də geniş quruculuq işləri görülüb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.

Yeni məktəbdə müasir tədris şəraiti yaradılıb

NUHÇIXAN xəbər verir ki, dekabrın 9-da Xələc kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib.
Ali Məclisin Sədri məktəb binasında yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanların yaradıldığı müasir tipli məktəb 360 şagird yerlikdir. Üç mərtəbəli yeni təhsil ocağında 218 şagirdin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 22 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır.

Şagirdlərin mənimsəmə qabiliyyətlərinin möhkəmləndirilməsi üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir avadanlıqlar quraşdırılıb, idman zalında lazımi şərait yaradılıb.
Məktəbdə 20 kompüter və 3 elektron lövhə quraşdırılıb, kompüterlər və elektron lövhələr internetə qoşulub.

Muxtar respublikanın məktəblərində yaradılan kitabxanalar şagirdlərin mütaliə imkanlarını genişləndirir, dünyagörüşlərini artırır. Məktəbin kitabxana fondunda 2345-i dərslik və 1943-ü bədii ədəbiyyat olmaqla, 4288 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Kitabxanaçı Zəminə Şabanova şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəblə tanışlıq zamanı Cəmşid Naxçıvanski Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənib.
2019-2020-ci tədris ilində məktəbin birinci sinfinə 17 şagird qəbul olunub.

Gənclərin əqli inkişafında, onların asudə vaxtlarının səmərəli təşkilində və dəqiq elmlərə yönləndirilməsində şahmatın mühüm rolu vardır. Məktəbdəki şahmat sinfi lazımi avadanlıqlar və dərsliklərlə təmin edilib. Müəllim Fətulla Nəsirov şahmat dərslərinin mükəmməl tədrisi üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Xələc kənd tam orta məktəbinin direktoru Lətif Orucov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın şəhər, rayon və kəndlərində geniş quruculuq işləri görülür. Bu işlərin davamı kimi Xələc kəndində də kompleks quruculuq və abadlıq işləri aparılıb. Bunlardan biri də müəllim və şagirdlərin istifadəsinə verilən kənd tam orta məktəbidir.

Lətif Orucov Xələc kəndində müasir məktəb binasının qurulmasına görə məktəbin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Məktəbin müəllimi Zəriş Quliyeva minnətdarlıq edərək deyib: Təhsil quruculuğu, məktəb işi gələcəyimizə xidmət edir. Muxtar respublikada bu sahədə görülən işlər də etibarlı gələcəyin təminatıdır. Məktəbimizdə tədris üçün hər cür şərait yaradılıb, müasir kompüterlərlə, elektron lövhələrlə təchiz edilib. Bütün bunlar şagirdlərimizin daha yaxşı təhsil almalarına imkan verəcəkdir.

Müdriklər deyir ki, biliyin ağası olmaq üçün zəhmət çəkmək lazımdır. Müasir tədris şəraiti daha çox zəhmət çəkməyi, öz üzərimizdə işləməyi tələb edir. Vətənpərvər və savadlı gənclik yetişdirmək əsas vəzifəmizdir. Bu yolda səylərimizi əsirgəməyəcək, etimadı doğruldacağıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xələc kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Təhsil millətin gələcəyidir”. Bu gün Ümummilli Liderin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir tələblər də nəzərə alınmaqla uğurla davam etdirilir. Bu siyasi xəttin nəticəsi bu gün Xələc kəndinin timsalında aydın görünür.

Müstəqil dövlətin aparıcı qüvvəsi onun təhsilli, vətənpərvər gəncləridir. Ölkəmizdə təhsilə göstərilən qayğının əsas məqsədi də gələcəyimiz üçün təhsilli və vətənpərvər gənclər hazrlamaqdan ibarətdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, təhsilin inkişafında müəllim hazırlığı, onların fəaliyyətləri üçün yaradılan şərait mühüm əhəmiyyətə malikdir. Yaradılan şərait imkan verir ki, müəllimlər daha səylə çalışaraq gələcəyimiz olan gəncləri hərtərəfli hazırlasınlar.

Ali Məclisin Sədri deyib: Gənclərin müxtəlif peşə sahələrinə yönləndirilməsi məktəbin qarşısında duran əsas vəzifədir. Çünki məktəbi bitirən hər bir gənc mütləq bir peşə sahibi olmalıdır. Bu gün muxtar respublikanın bütün ərazisində internetə çıxışın təmin edilməsi gənclərin hərtərəfli inkişafına hesablanmışdır. Dərslərin qavrama yolu ilə öyrədilməsi şagirdlərin intellektual inkişafında vacib məsələdir. Xələc kənd tam orta məktəbindəki elektron lövhələr, laboratoriyalar, fənn kabinələri, internetə çıxışı olan kompüterlər, kitabxana imkan verir ki, müəllimlər dərsləri qavrama yolu ilə öyrətsinlər. Məktəbdə yaradılan şərait tədrisin tələblərinə cavab verən səviyyədədir. Müəllimlər də müasir texnologiyanı mənimsəməlidir. Xələc kənd tam orta məktəbində yaradılan şərait də gənclərin hərtərəfli və vətənpərvər hazırlanmasına hesablanmışdır. Bu yolda müəllim tələbkarlığı və şagird çalışqanlığı öz bəhrəsini verəcəkdir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, nailiyyətlərin daha da artacağına əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.

Digər rəsmi xəbərlər

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO
Naxçıvanda qayğıya ehtiyacı olanlara mənzillər təqdim edilib
Yəhya Allahverdiyev yeni vəzifəyə təyin edildi - FƏRMAN
Naxçıvanda yeni açıq səhmdar cəmiyyət yaradıldı - FƏRMAN
Ali Məclisin Sədri muxtar respublika qadınlarını təltif etdi
Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar naziri təyin edildi - FƏRMAN
Rövşən Məmmədov rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub
Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvanda sahibkarlarla görüş olub
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı, RTÖM publik hüquqi şəxsə çevrildi
Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Geriyə
İrəli