Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada lift təsərrüfatı xidmətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin əsasında “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər  məsələləri həll etsin".

www.naxcivantv.az