Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.

Bu gün muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Yeni istehsal sahələri yaradılır, daxili bazar yerli məhsullarla təmin olunur, iş yerləri açılır.

NUHÇIXAN xəbər verir ki, dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, həyata keçirilən quruculuq tədbirləri, iqtisadi və sosial sahədə əldə edilən uğurlar muxtar respublikada dinamik inkişafı təmin edib. Görülən işlər yeni istehsal müəssisələrinin yaradılmasına, tələbatın yerli imkanlar hesabına ödənilməsinə və məşğulluq səviyyəsinin yüksəldilməsinə səbəb olub. İqtisadi sahədə nailiyyətlərin əldə olunmasında sahibkarlıq fəaliyyətinə göstərilən diqqət və qayğı, iş adamları üçün yaradılan əlverişli biznes mühiti mühüm rol oynayır. Muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı ilbəil artır, yeni istehsal müəssisələri işə düşür. Bu gün fəaliyyətə başlayan müəssisə də sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamıdır.

Müəssisədə işlə təmin olunan Əziz Axundzadə yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Naxçıvan şəhərində istifadəyə verilən yeni müəssisə muxtar respublikada daha bir sahədə idxaldan asılılığı aradan götürəcəkdir. Bu günə qədər muxtar respublikada plastik butulkalara olan tələbatın 70 faizi idxal hesabına ödənilirdi. Müəssisənin istifadəyə verilməsindən sonra muxtar respublikada bu məhsullara olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir.

Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və kollektivi təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri çoxdur. Daş duz, mineral və termal sular, dərman bitkiləri, travertin və mərmər muxtar respublikaya gəlir gətirən təbii sərvətlərdir. Bu gün muxtar respublikada təbii sərvətlərdən səmərəli istifadə olunur, yeni müəssisələr yaradılır, iş yerləri açılır. Eyni zamanda muxtar respublikada 20-dən artıq mineral su ehtiyatı vardır ki, onların da bir hissəsi istehsal olunur, daxili və xarici bazarlarda satışı həyata keçirilir. Mineral su istehsalı müəssisələrini xammalla təmin etmək üçün yeni istehsal sahəsinin yaradılmasına ehtiyac vardı. Vaxtilə Naxçıvan şəhərində şüşə qablar zavodu qurulmuşdu. Lakin muxtar respublikanın blokadada olması həmin müəssisənin xammalla təminatında çətinliklər yaratmış və nəticədə zavod 30 ildən artıqdır fəaliyyət göstərmir. Bu gün mineral sularla bərabər, muxtar respublikamızda müxtəlif meyvə şirələri və qazlı sular, spirtli içkilər də istehsal olunur. Həmin müəssisələri taralarla təmin etmək üçün plastik kapsul istehsalı müəssisəsinin qurulmasına ehtiyac var idi. Çünki plastik butulkaların daşınma və çatdırılma baxımından üstünlükləri çoxdur.

Ali Məclisin Sədri deyib: Plastik kapsul və qapaq istehsalı sahəsinin avadanlıqları böyük dəyərə malikdir. İnvestisiya qoyuluşu çox vəsait tələb etdiyi üçün sahibkarlar bu müəssisənin qurulmasına risk etmirdilər. Lakin dövlət idxalın qarşısını almaq və tələbatı yerli istehsal hesabına ödəmək üçün müəssisənin maliyyələşdirilməsinə dəstək göstərdi. Müəssisənin qurulmasına 4 milyon 700 min manatdan çox vəsait sərf olunmuşdur ki, onun da 3 milyon 500 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən verilmiş kreditdir. Qalan vəsait isə sahibkar tərəfindən ödənilmişdir.

Ali Məclisin Sədri müəssisənin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.

Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında istehsal olunan mineral suların daxili və xarici bazarlara çıxarılması üçün lazımi işlər həyata keçirilir. Bulaqlardan səmərəli istifadə etmək üçün yeni müəssisələr yaradılır. Hazırda Badamlı qəsəbəsində ildə 100 milyon litrə yaxın “Badamlı” suyu istehsal edəcək yeni müəssisə qurulur. Bu müəssisələrin hər birinin xammalla olan tələbatı yeni istehsal sahəsi tərəfindən ödəniləcəkdir. Burada istehsal olunacaq plastik kapsullar xaricdən gətirilən eyniadlı məhsullardan daha keyfiyyətli və ucuz olacaq, eyni zamanda sifarişçinin istəyinə uyğun ölçülərdə buraxılacaqdır. Həyata keçirilən bu tədbirlər muxtar respublikanın sərvətlərindən səmərəli istifadə olunmasına və ümumi inkişafa öz töhfəsini verəcəkdir.

Ali Məclisin Sədri kollektivi bir daha təbrik edib və müəssisəni işə salıb.

Məlumat verilib ki, 7500 kvadratmetr sahəni əhatə edən müəssisədə Kanada istehsalı olan avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. Gücü ildə 60 milyon ədəd kapsul və 80 milyon plastik qapaq olan istehsal xəttində 10 çeşiddə plastik kapsul və bir çeşiddə qapaq istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı burada hazır məhsul, xammal anbarı və digər xidmət sahələri də yaradılıb.

Müəssisənin fəaliyyətinin genişləndirilməsi su istehsalçılarının keyfiyyətli yerli taralarla təmin olunmasına və ixracın genişlənməsinə imkan verəcəkdir. Müəssisənin məhsullarının ölkəmizin digər regionlarına və Türkiyə Respublikasına da ixracı nəzərdə tutulur. İşçilər nahar yeməyi, xüsusi geyim formaları və nəqliyyat xidməti ilə təmin olunublar.

Ali Məclisin Sədri müəssisədə böyük həcmli su taraları üçün plastik kapsul və qapaq istehsalı sahəsinin yaradılması, keyfiyyət amilinə və idxala nəzarət edilməsi, bundan sonra da yerli xammala əsaslanan istehsal sahələrinin yaradılmasına dəstək verilməsi barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub
Muxtar respublikada təbiətə qayğı göstərilir
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib
Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib
Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus verilib
Yaşıllıqlara qulluq sağlamlığımızı qoruyur
Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvanın enerji tələbatının əsası bərpa olunan enerji mənbələri hesabına ödənilir
Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Geriyə
İrəli