NUHÇIXAN xəbər verir ki, martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində şəhid ailəsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş şəxsə yeni mənzillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına xüsusi qayğı ilə yanaşılır. Cari ildə müvafiq kateqoriyalı 157 şəxsin bərpa mərkəzlərində müalicələri təşkil olunub, 35 şəxsə müalicə müəssisələrinə göndəriş verilib, 4 ailəyə fərdi yaşayış evləri və mənzillər, 11 nəfərə minik avtomobilləri təqdim edilib. Həyata keçirilən tədbirlərin davamı olaraq bu gün Novruz bayramı ərəfəsində 1 şəhid ailəsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş 1 şəxsə yeni mənzillər təqdim olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edərək deyib: Bu gün şəhid ailəsinə, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını qismən itirmiş şəxsə yeni mənzillərin verilməsi Azərbaycanda dövlətçiliyin möhkəm təməllər üzərində qurulduğunu göstərir. O yerdə dövlətçilik haqqında danışmaq olar ki, həmin ölkədə dövlət-xalq birliyi olsun. Dövlətin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş, vətənpərvərlik göstərmiş şəxslərə, şəhid ailələrinə diqqət və qayğısı digər vətəndaşlar üçün də nümunədir.

Ali Məclisin Sədri deyib: Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir. İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir.

Ali Məclisin Sədri mənzillə təmin olunanlara qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, orderləri təqdim edib.

Şəhid anası Firəngiz Rüstəmova göstərilən qayğıya görə minnətdarlıq edib. Mənzil təqdim olunan Sədrəddin Əsədov deyib: “Bu gün – Novruz bayramı ərəfəsində bizə yeni mənzil verilir. Göstərilən bu qayğı ailəmizə ikiqat bayram sevinci yaşadır. Veteranlar və öz adımdan minnətdarlığımı bildirirəm”.

Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb, xalça hədiyyə edilib.

Digər rəsmi xəbərlər

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
Qarabürc kənd avtomobil yolu yenidən qurulub
Xidmət mərkəzində 3 sakin işlə təmin olunub
Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb
Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib
Elşad Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi - SƏRƏNCAM
"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Geriyə
İrəli