NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Naxçıvan Muxtar Respublikasının yeni təyin olunan Baş naziri Səbuhi Məmmədov bu gün keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında deyib.

Baş nazir durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə  söz verib.

Baş nazir Səbuhi Məmmədov vurğulayıb ki, ötən dövrdə muxtar respublika böyük inkişaf yolu keçmiş, blokada şəraitində olmasına baxmayaraq iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafına nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manata çatdırılmış, 1 milyard 14 milyon 971 min manat dəyərində sənaye, 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcəkdir. Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, ticarət əməliyyatlarının 86 faizi ixracın payına düşmüşdür. Səhiyyə, təhsil, turizm, rabitə, mədəniyyət, milli və mənəvi dəyərlərimizin qorunması, əhalinin məşğulluğunun təmin olunması sahəsində də ardıcıl tədbirlər görülür. İqtisadiyyatın çoxsahəli inkişafı muxtar respublikada büdcə gəlirlərinə öz müsbət təsirini göstərmiş, 2020-cil il dövlət büdcəsinin gəlirləri 2019-cu illə müqayisədə 37 faiz, 2018-ci illə müqayisədə isə 56,5 faiz artırılmışdır.

Digər rəsmi xəbərlər

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi - QƏRAR - FOTOLAR
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək
“İxrac ilinə” mühüm töhfə
Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub
Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi - FƏRMAN
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib
Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi - FƏRMAN
Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır
Ali Məclisin Sədri Fərman imzalayıb
Ali Məclisin Sədri Fərman imzalayıb
Tarixi yaşadanları tarix də yaşadacaqdır
Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində
Ali Məclisə yeni şöbə müdiri təyin edildi
Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib
Naxçıvanda yeni meyvə bağları salınıb
Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO
Geriyə
İrəli