Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 23-də  Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  mayın 23-də imzaladığı Qərarla Səbuhi Məmmədov daha yüksək vəzifəyə - Naxçıvan Muxtar Respublikasının Baş naziri  vəzifəsinə təyin olunub.

www.naxcivantv.az