Sosial qayğıya ehtiyacı olanlara mənzil və avtomobillər təqdim edilib.

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.

Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluşun bəhrələridir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqilliyini daha da möhkəmləndirir. İnsan amilinə verilən yüksək dəyər, ölkə vətəndaşlarının rahat yaşayışının təminatı ulu öndər Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olanların mənzil və avtomobillərlə təmin olunması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan-330” markalı minik avtomobilləri təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi gücləndirilir, onların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Cari ildə müvafiq kateqoriyalı 189 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 111 şəxsə müalicə müəssisələrinə göndəriş verilib, 126 nəfər texniki reabilitasiya vasitələri, 139 nəfər protez-ortopedik məmulatlarla təmin edilib. Sosial qayğıya ehtiyacı olan 324 nəfərə evlərində, 7 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 17 nəfərə minik avtomobilləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıya görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü, eləcə də mənzil və avtomobillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin həyatında dönüş tarixidir. Əgər Qurtuluş Günü olmasaydı, nə Azərbaycan olacaqdı, nə də ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çata biləcəkdi. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən Azərbaycana qaytarıldı. Nəticədə sabitlik, inkişaf və tərəqqi təmin edildi, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında layiqli yerini tutdu.

Ali Məclisin Sədri deyib: Vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, onlara mənzil və avtomobillər təqdim edilir. Bütün bunlar Azərbaycanda Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin və ölkəmizin iqtisadi qüdrətinin nəticəsidir. Eyni zamanda dövlət və Vətən qarşısında xidməti olanlara göstərilən bu qayğı gənclərimiz üçün də nümunədir.

Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, mənzilin orderini və avtomobillərin açarlarını təqdim edib.

Avtomobillə təmin olunan Namiq Kərimov deyib ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosial rifahı, məişət şəraiti günbəgün yaxşılaşır. Biz bunu həyatın bütün sahələrində görür, hərtərəfli diqqət və qayğını daim üzərimizdə hiss edirik. Bütün bu işlər ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurlu nəticələridir. Namiq Kərimov Milli Qurtuluş Günündə avtomobillə təmin olunduğu üçün qürur və sevinc hissləri keçirdiyini bildirib, ailə üzvləri adından minnətdarlıq edib.

Avtomobillə təmin olunan Musa Hətəmov deyib: “Muxtar respublikamızda Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən qayğı insan amilinə verilən dəyərin təzahürü, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin davamıdır. Biz şahidiyik ki, ulu öndər Heydər Əliyev ən çətin məqamda Naxçıvana sahib çıxdı, onu düşmənin hücumlarından qorudu və inkişaf yoluna yönəltdi. Bu gün bu yol Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada uğurla davam etdirilir və Naxçıvan günbəgün inkişaf edir. İnsanların güzəranı hər gün daha da yaxşılaşır. Göstərilən diqqət və qayğının növbəti nümunəsi olan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci qayıdışının 27-ci ildönümündə keçirilən bu tədbir də bizim üçün ikiqat sevinc, ikiqat bayramdır”. Musa Hətəmov ailə üzvləri və tədbir iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Naxçıvan şəhərində yerləşən 3 otaqlı mənzil tam təmir olunub, lazımi kommunal-məişət şəraiti yaradılıb. Mənzillə təmin olunan ailəyə xalça hədiyyə olunub.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub
Muxtar respublikada təbiətə qayğı göstərilir
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Geriyə
İrəli