Naxçıvanda iməcilik keçirilib.

Muxtar respublikada həyata keçirilən ekoloji siyasət nəticəsində geniş yaşıllıq zolaqları, meyvə bağları salınmışdır.

Bu da ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir. İməciliklər zamanı ağaclara aqrotexniki qulluq göstərilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Görülən işlərin nəticəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, zəngin flora və faunamız qorunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 20-də muxtar respublikada iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər. Ötən illərdə meyvə bağında 10 minə yaxın müxtəlif meyvə, meşə və dekorativ ağacları, eləcə də üzüm kolları əkilmişdir. Lazımi aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, artıq ağaclar məhsul verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Muxtar respublikada təbiətə qayğı göstərilir
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib
Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib
Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus verilib
Yaşıllıqlara qulluq sağlamlığımızı qoruyur
Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvanın enerji tələbatının əsası bərpa olunan enerji mənbələri hesabına ödənilir
Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi - QƏRAR - FOTOLAR
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək
“İxrac ilinə” mühüm töhfə
Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub
Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi - FƏRMAN
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Geriyə
İrəli