Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır.

İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunan dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binası istifadəyə verilib, yeni yaradılan innovativ dərnəklərin təqdimatı olub.

Şərur şəhərində Təqaüdçülər Klubu

fəaliyyətə başlayıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası  Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”, - fikrini xatırladaraq deyib: Ulu öndərin tövsiyələri əsas götürülərək bu gün Şərur şəhərində rayon veteranları və ağsaqqalları üçün yeni bina – Təqaüdçülər Klubu istifadəyə verilir. Şərur Rayon İcra Hakimiyyəti Təqaüdçülər Klubunda gənclərlə veteranların və ağsaqqalların görüşlərini təşkil etməli, milli-mənəvi dəyərlərimiz gənc nəslə aşılanmalıdır. Qızıl fondumuz olan veteranların həyat yolu gənclərə öyrədilməli, müxtəlif tədbirlər keçirilməlidir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Şərur şəhər sakini, ağsaqqal Elburus Ələkbərov təqaüdçülər adından minnətdarlıq edərək deyib: “Şərur rayonunda həyata keçirilən bütün tədbirlər sakinləri həm sevindirir, həm də qürurlandırır. Çünki görülən bu əsrəbərabər işlər insanların rahat yaşamasına, gözəl şəraitdə işləməsinə və mənalı istirahətinə xidmət edir. Şərur şəhərinin mərkəzində xüsusi gözəlliyi ilə seçilən müasir, möhtəşəm bina təqaüdçülərin istifadəsinə verilir. Təqaüdçülərə, yaşlı nəslə göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımızı bildiririk”.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının sədri Vidadi Süleymanov rayon ictimaiyyəti və veteranları adından  minnətdarlıq edərək deyib: “Bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikada, eləcə də rayonumuzda uğurla həyata keçirilir. İnkişaf, quruculuq tədbirləri Şərur rayonunu da ağuşuna almışdır. Şərur rayonu özünün intibah dövrünü yaşayır. Rayon mərkəzində, eləcə də kəndlərdə geniş quruculuq, abadlıq işləri aparılır. Veteranlara, təqaüdçülərə həmişə diqqət və qayğı ilə yanaşılır”.

Məlumat verilib ki, ikimərtəbəli binada təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili, stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunması, kitab mütaliəsinin təmin olunması, gənclərlə görüşlərin təşkili sahəsində lazımi imkanlar vardır. Binanın birinci mərtəbəsində iş otaqları, kitabxana, bufet və oyun zalı, ikinci mərtəbədə isə 2 dama və 2 şahmat zalı yerləşir. Şərur Şəhər Təqaüdçülər Klubunun kitabxanasında 499 kitab vardır. Klubda 2 nəfər işlə təmin olunub.

Bina istilik sistemi ilə təchiz edilib, həyətdə abadlıq işləri aparılıb, musiqili fəvvarə quraşdırılıb.

Ali Məclisin Sədri musiqili fəvvarəni işə salınıb.

Digər rəsmi xəbərlər

"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub
Geriyə
İrəli