Ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın xilasının əsasını qoymuşdur.

Dahi şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi tədbirlər ölkəmizin bugünkü inkişaf və tərəqqisinə hesablanmışdır. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Son 25 ildə Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturu müasir tələblər səviyyəsində qurulmuş, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, günəş və su elektrik stansiyalarının istifadəyə verilməsi illik enerji tələbatında bu sahənin payını artırmışdır. Nəticədə vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunmuşdur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 3-də - ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün Naxçıvan Muxtar Respublıkası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni texnika və avadanlıqların muxtar respublikaya gətirilməsində əməyi olanlara, o cümlədən Çin Xalq Respublikası Hökumətinə və Çinin ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirərək  deyib: Azərbaycan Respublikası Hökuməti ilə Çin  Xalq  Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən muxtar respublikaya gətirilən texnika və avadanlıqların artıq üçüncü dəfədir ki, təqdimatı keçirilir.  "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti, Meloirasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən sonra   bu gün Dövlət Energetika Xidmətinə də yeni texnika və avadanlıqlar təqdim olunur. Yeni texnika və avadanlıqlar elektroenergetika sahəsində, eləcə də muxtar respublikanın səfərbərlik ehtiyatlarında və şəxsi evlərdə istifadə olunacaqdır. Ona görə də bu avadanlıqlardan səmərəli istifadə olunmalı, təyinatlar düzgün seçilməli, istifadə qaydalarına əməl olunmalıdır.

Ali Məclisin Sədri deyib: Yeni texnikalar muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dəstək verəcəkdir. Suqızdırıcılar hər bir evə lazımdır. Günəş panelləri ilə elektrik enerjisi istehsalına isə  bütün sahələrdə ehtiyac vardır. Eyni zamanda yeni avadanlıqlardan Naxçıvan Dövlət Universitetinin ərazisində də qurulub. Bu da Memarlıq və mühəndislik fakültəsində təhsil alan energetiklərin ixtisaslarına uyğun yeni texnologiyaları öyrənmələrində mühüm əhəmiyyət daşıyır.

Sonra Ali Məclisin Sədri yeni texnika və avadanlıqlara baxmışdır.

Naxçıvan Muxtar Respublıkası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək demişdir ki, yeni texnika və avadanlıqlar 4 adda 828 dəstdən ibarətdir. 410 dəst 2 kilovat günəş enerji istehsal qurğusu, 410 dəst günəş su qızdırıcısı, 6 dəst 10 kilovat avtomatik külək-günəş hibrid enerji istehsal qurğusu, 2 dəst 200 kilovat “ISUZU” markalı enerji mənbəli qəza avtomobili yüksək texniki göstəricilərə malikdir. Günəş enerji istehsal qurğusunun hər dəsti 8 günəş paneli, 8 akkumulyator, invertor, günəş panellərinin quraşdırılması üçün dəmir strukturlar, eləcə də paylama qutusu və köməkçi hissələrdən ibarətdir.

Günəş su qızdırıcısının 60 dəsti maili, 350 dəsti isə düz sahələr üçün nəzərdə tutulmuşdur. Avtomatik külək-günəş hibrid enerji istehsal qurğusu 12 günəş paneli, 10 kilovat gücündə külək turbini, 20 akkumulyator, külək-günəş akkumulyator doldurma idarəedici qurğusu, invertor, günəş panellərinin və külək turbinlərinin quraşdırılması üçün dəmir strukturlar, eləcə də paylama qutusu və köməkçi hissələrdən ibarətdir. “ISUZU” markalı avtomobilin üzərində qurulmuş qəza elektrik mənbəyi elektrik enerjisi kəsintisi olan ərazini qısa zamanda elektrik enerjisi ilə təmin edir. Avtomobillərdə 200 kilovat gücündə maşın-generator bloku, 30 kilovat-amper gücündə ehtiyat qida mənbəyi, idarəetmə sistemi, qoşulma kabelləri və köməkçi hissələr, həmçinin ehtiyat hissələri və təmir dəstləri vardır.

Ali Məclisin Sədri “ISUZU” markalı enerji mənbəli qəza avtomobillərinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik Ehtiyatı Anbarına verilməsi, eləcə də digər texnika və avadanlıqların istismarı ilə bağlı təkliflərin hazırlanmasını tapşırmışdır.

Digər rəsmi xəbərlər

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
Qarabürc kənd avtomobil yolu yenidən qurulub
Xidmət mərkəzində 3 sakin işlə təmin olunub
Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb
Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib
Elşad Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi - SƏRƏNCAM
"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Geriyə
İrəli