Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatı xeyli möhkəmləndirilmişdir. Aparılan quruculuq işləri zamanı şəxsi heyətin sağlamlığı da diqqətdə saxlanılır, müasir xəstəxanalar və tibb məntəqələri istifadəyə verilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası ilə maraqlanıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Bildirilib ki, hospital 20 min 450 kvadratmetr ərazini əhatə edir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən, 250 otaqdan ibarət olacaq 280 çarpayılıq hospitalda əsas tikinti işləri başa çatdırılıb, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi aparılıb, havalandırma sistemi və 4 lift quraşdırılıb. Hazırda binada son tamamlama işləri aparılır.

Hospitalda radiologiya, tibbi ekspertiza, fizioterapiya, travmatologiya, anesteziologiya, reanimasiya, poliklinika, intensiv terapiya, qəbul, əməliyyat, kardiologiya, cərrahiyyə, urologiya, psixonevrologiya, lor və üz-çənə cərrahiyyəsi, laboratoriya və digər bölmələr fəaliyyət göstərəcəkdir. Hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün hospital ən müasir tibbi avadanlıqlarla təchiz ediləcəkdir.

Hospitalda  müalicə alacaq xəstələr üçün həyətdə istirahət guşəsi istifadəyə veriləcəkdir. Tikintisi aparılan yardımçı binada tibbi tullantıların yandırılması, oksigen, generator otaqları, qaraj və bufet yerləşəcəkdir.

Ali Məclisin Sədri hospitalda ilin sonuna qədər işlərin başa çatdırılması barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Naxçıvanda Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi qeyd olunub
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub
Geriyə
İrəli