1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm tarixi qərarlar qəbul olunub.

Həmin gün üçrəngli dövlət bayrağımız Naxçıvanda qaldırılıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1990-1993-cü illərdə muxtar respublika işğaldan qorunmaqla yanaşı, həm də ordu quruculuğu sahəsində mühüm işlər görülüb, müzəffər Azərbaycan ordusunun əsası qoyulub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də ulu öndərin yolunu davam etdirərək ordu quruculuğuna xüsusi diqqət yetirir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində Naxçıvandan olan hərbi qulluqçular da böyük şücaət göstərib, şəhidlik zirvəsinə ucalıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 17-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçularımız Vəliyev İsmayıl Mehman oğlunun, Novruzlu Pərviz Qorxmaz oğlunun, Əliyev Ramil Qurban oğlunun, Nəcəfov Yaqub Məhəmməd oğlunun və Alməmmədov İman Tarverdi oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

30 il əvvəl Naxçıvan Muxtar Respublikasında qaldırılan Azərbaycanın üçrəngli dövlət bayrağı bu gün vətənpərvər oğulların rəşadəti sayəsində işğaldan azad olunmuş torpaqlarda dalğalanır. Bayraq hər bir ölkənin varlığının göstəricisi, xalqın and yeridir. Vətən yolunda canlarını qurban verən şəhidlərin üzərinə bayrağın örtülməsi də onun müqəddəsliyinin təzahürüdür. Çünki şəhidlərimiz üçrəngli bayrağımızın daim dalğalanması üçün ölümün gözünə dik baxanlardır.

Digər rəsmi xəbərlər

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
Qarabürc kənd avtomobil yolu yenidən qurulub
Xidmət mərkəzində 3 sakin işlə təmin olunub
Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb
Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib
Elşad Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi - SƏRƏNCAM
"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Geriyə
İrəli