Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb.

Naxcivantv.az xəbər verir ki, Ali Məclisin Sədri qonağı salamladı və onun Naxçıvana səfərindən məmnunluğunu ifadə etdi.

Səmimi qəbula görə minnətdarlıq edən İmre Laslotski ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini bildirdi, Naxçıvana səfərini ikitərəfli münasibətlərin nəticəsi kimi dəyərləndirdi. Naxçıvan kimi abad və təmiz şəhərə Avropada nadir hallarda rast gəlindiyini diqqətə çatdıran diplomat muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını və əməkdaşlıq üçün yaxşı perspektivlər açdığını bildirdi.

Ali Məclisin Sədri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkənin əsas ərazisindən ayrı düşdüyünü diqqətə çatdırdı, muxtar respublikanın keçdiyi inkişaf yolu haqqında qonağa məlumat verdi. Xalqlarımız arasındakı tarixi bağlılıqdan danışan Ali Məclisin Sədri bu gün Azərbaycan-Macarıstan əlaqələrinin strateji xarakter daşıdığını bildirdi, Naxçıvan Muxtar Respublikası ilə  əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Söhbət zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olundu.

 

www.naxcivantv.az