Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən naxcivantv.az-a bildirilib ki, noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

 Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycanın Xalq Yazıçısı, ictimai və dövlət xadimi Elçin Əfəndiyev ötən əsrin 60-cı illərində ədəbi fəaliyyətə başlayıb və geniş oxucu kütləsinin hörmətini qazanıb. Xalq Yazıçısı indi də mədəniyyətimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafı naminə xidmət göstərir. Ədibin povest və hekayələrdən ibarət kitabları, seçilmiş əsərləri, ədəbi tənqidi məqalələri həmişə diqqət mərkəzindədir. Elçin Əfəndiyevin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək nəşr olunub. Onun bir sıra əsərləri ekranlaşdırılıb, pyesləri Azərbaycanla yanaşı, xarici ölkələrin də teatrlarında öz uğurlu səhnə həllini tapıb. Naxçıvan teatrı bir neçə dəfə yazıçı-dramaturq Elçin Əfəndiyevin yaradıcılığına müraciət edib, 2001-ci ildə “Mənim ərim dəlidir”, 2002-ci ildə “Mənim sevimli dəlim”, 2009-cu ildə isə “Ah, Paris, Paris” pyesləri uğurla tamaşaya qoyulub. Elçin Əfəndiyevin “Arılar arasında” əsəri Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfədir ki, tamaşaya qoyulur.

Sonra "Arılar arasında" tamaşasına baxış olub.

“Arılar arasında” pyesində kənd və şəhər, eləcə də nəsillər arasında uzaqlaşma öz əksini tapıb. Tamaşada müəllif bütün problemlərin müqabilində arı ailəsini nümunə kimi götürür. Göstərilir ki, istər cəmiyyətdə, istərsə də ailədə hər bir fərd ona həvalə edilmiş işin öhdəsindən gəlməyə, nizam-intizamlı olmağa, qarşıya çıxan çətinliyi dəf etməyə çalışmalı, bunun üçün iradə nümayiş etdirməlidir. İnsanda bu keyfiyyətlərin formalaşması isə mənəvi tərbiyə ilə bağlıdır. Arılardakı nizam-intizam, arı ailəsindəki qarşılıqlı münasibətlər və hər ailə üzvünün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi insan cəmiyyəti üçün örnək olmalıdır. Səmimi və zəhmətkeş insanların qocalanda belə həyata olan sevgisi, gələcəyə inamı da əsərin əsas ideyasını təşkil edir. Tamaşada təbiətə və insanlara sevgi, gənclərə yüksək amallar uğrunda yaşamaq tövsiyə olunur.

Xalq Artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur. Xalq Artisti Həsən Ağasoy, Əməkdar Artist Əbülfəz İmanov, aktyorlardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Səyyad Məmmədov, Şölə Novruzbəyli, Nurbəniz Niftəliyeva və Anar Eyvazov öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Baş nazirinin müavini, yazıçı-dramaturq Elçin Əfəndiyev səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüblər.

Yazıçı-dramaturq Elçin Əfəndiyev uğurlu səhnə əsərinə görə kollektivə təşəkkür edərək deyib: “Arılar arasında” pyesinin ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda səhnəyə qoyulması mühüm əhəmiyyət daşıyır. Naxçıvan teatrı böyük mədəniyyət ocağıdır. Görkəmli Azərbaycan ziyalı və maarifçilərinin on doqquzuncu əsrin sonlarında əsasını qoyduqları Naxçıvan teatrının ölkəmizdə və bütövlükdə Şərqdə teatr sənətinin inkişafında mühüm xidmətləri vardır. Naxçıvan teatrında yaradılan müasir şərait, formalaşan kollektiv sənətə böyük qayğıdan xəbər verir. Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri, əldə olunan müasir inkişaf mədəniyyət sahəsini, eləcə də teatrı da əhatə etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: “Naxçıvan teatrında müxtəlif janrlarda əsərlər tamaşaya qoyulmuşdur. Teatrda fəlsəfi əsərlərə də müraciət olunmuşdur. Yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” pyesində müasir dövrdə cəmiyyəti narahat edən məsələlərə toxunulur. Nobel mükafatı laureatı yazıçı Moris Metterlinq 1901-ci ildə yazdığı "Arıların həyatı" əsərində cəmiyyətin inkişafında arıların həyatından nümunə götürməyi ön plana çəkmişdir. “Arılar arasında” pyesində də arıların həyatından nümunə gətirilərək səhnələşdirilir və böyük tamaşaçı kütləsinə çatdırılır”.

Ali Məclisin Sədri uğurlu əsərə görə yazıçı-dramaturq Elçin Əfəndiyevə təşəkkür edib, kollektivə yaradıcılıq uğurları arzulayıb.

Sonda tamaşanın yaradıcı heyəti ilə birlikdə xatirə şəkli çəkdirilib.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək
Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək
Böyükdüz kənd avtomobil yolu yenidən qurulub
Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində
Naxçıvanda bir sıra səhiyyə işçilərinin əməkhaqqı 50 faiz artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb
Ali Məclisin Sədri Sərəncam imzaladı
Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi təsdiq edilib - FƏRMAN
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib - FƏRMAN
Duzdağda yeni şaxta istifadəyə veriləcək
Geriyə
İrəli