Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunubNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il fevralın 15-də “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Tədbirlər Planı təsdiq olunub, görkəmli yazıçı-publisist və pedaqoqun yubileyi muxtar respublikada silsilə tədbirlərlə qeyd olunub.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən naxcivantv.az-a bildirilib ki, dekabrın 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Eynəli bəy Sultanovun 150 illik yubiley tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları teatrın foyesində Eynəli bəy Sultanovun 150 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

Sərgidə Eynəli bəy Sultanovun həyat və fəaliyyətinə həsr olunmuş kitablar, qəzet və jurnal materialları, yubiley münasibətilə buraxılmış poçt markası, avtoreferat, görkəmli pedaqoqun həyatının müxtəlif dövrlərinə aid fotoşəkillər, yazıçı-publisistin müxtəlif dövrlərdə yazdığı məqalələr nümayiş etdirilirdi.

Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunub

Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək deyib: Böyük tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı görkəmli sərkərdələr, siyasətçilər, ziyalılar, mütəfəkkirlər, yazıçı və şairlər yetişdirib. Onlardan biri də yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovdur. Eynəli bəy Sultanovun fədakar ziyalı fəaliyyəti ictimai və milli fikir tariximizdə mühüm mərhələ təşkil edir. 150 il bundan əvvəl, 1866-cı ildə Naxçıvan şəhərində anadan olan Eynəli bəy Sultanov ilk təhsilini Naxçıvan qəza məktəbində almış, sonra isə “İrəvan kişi gimnaziyası”nda oxumuşdur. Burada Avropa ədəbiyyatını və Qərb maarifçiliyini dərindən öyrənən Eynəli bəy Sultanova şəhər ibtidai məktəblərində müəllimlik hüququ verilmişdir.

Qeyd olunub ki, quberniya dəftərxanasında çalışaraq hüquq sahəsində təcrübə qazanan Eynəli bəy Sultanov 1893-cü ildən 1903-cü ilə qədər məhkəmə və prokurorluq orqanlarında fəaliyyət göstərib, dairə məhkəməsi prokurorunun köməkçisi olub. Lakin bütün bunlar ona geniş mənada təmsil etdiyi xalqına xidmət imkanları yaratmırdı. Bu əqidə ilə də həyatını “müqəddəs müəllimlik sənətinə həsr edən” Eynəli bəy Sultanov Naxçıvanın təhsil görmüş tərəqqipərvər gənclərini ətrafına toplayaraq öz evində ədəbi məclislər düzəldib, oxuduğu kitablar, rus və Avropa yazıçılarının həyat və fəaliyyətləri barədə söhbətlər aparıb, dövrün ictimai-siyasi məsələlərini müzakirəyə çıxarıb.

Bu, elə bir dövr idi ki, savadsız əhalinin yeniliklərə qarşı olmalarına baxmayaraq Eynəli bəy Sultanov xalqının maariflənməsi uğrunda çalışır və deyirdi ki, müəllim həqiqi xalq müəllimi olmalı, xalqı sevməli və xalq tərəfindən sevilməlidir. O, bütün həyatı boyu müəllimlik missiyasına sadiq qalıb, Azərbaycanın görkəmli yazıçı və publisistlərinin, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi şöhrət qazanıb. Eynəli bəy Sultanov hələ gimnaziyada oxuyarkən Naxçıvanda maarifçi mühitin formalaşmasında yaxından iştirak edib, qabaqcıl ziyalıları öz ətrafında toplayaraq 1882-1883-cü illərdə “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaradıb. O dövrün yeniyetmə və gəncləri üçün bu mərkəzlər sözün həqiqi mənasında məktəb rolunu oynayıb. Bununla yanaşı, Eynəli bəy Sultanov “Ziyalı məclisi” üzvlərinin köməyi ilə Naxçıvanda ilk mətbəə və kitabxana da yaradıb.

Ali Məclisin Sədri deyib: Maarifçilik işində teatrın mühüm funksiya daşıdığını vurğulayan Eynəli bəy Sultanov 1883-cü ildə Naxçıvan teatrının yaranmasında yaxından iştirak etmiş, rejissor kimi bəzi tamaşalara quruluş vermiş, hətta aktyorluq da etmişdir. Ədəbi-bədii fəaliyyətinin Tiflis dövründə də Azərbaycan teatrının inkişafı üçün çalışan Eynəli bəy Sultanov Azərbaycan teatr tənqidinin əsasını qoyanlardan biri kimi müxtəlif tamaşalara resenziyalar yazmış, ayrı-ayrı aktyorlar haqqında məqalələr çap etdirmişdir. Publisist kimi də tanınan Eynəli bəy Sultanov on doqquzuncu əsrin 80-ci illərindən başlayaraq mətbuat orqanları ilə əməkdaşlıq etmiş, qəzet, jurnal və məcmuələrdə çap olunan publisistik materiallarla xalqı oyatmağa səy göstərmiş, “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olmuşdur. Eynəli bəy Sultanovun məqalələrində maarif, mədəniyyət, qadın azadlığı və hüquq bərabərliyi məsələləri öz geniş əksini tapmışdır.

Bildirilib ki, Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə, o cümlədən “Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti”ndə və Zaqafqaziya Maliyyə Komissarlığında işləyən Eynəli bəy Sulta¬nov ictimai xadim kimi də tanınıb. O, Azərbaycanda latın qrafikalı əlifbaya keçid sahəsində təşəbbüslər edib, 1924-cü ildə Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi kimi səmərəli fəaliyyət göstərib. Ədəbi yaradıcılıqla da məşğul olan Eynəli bəy Sultanov məhsuldar işləyib, hekayə və dramlar, şeirlər yazıb. Onun sadə azərbaycanlıların həyatı ilə sıx bağlı olan əsərləri xalq həyatının bədii ifadəsidir. “Mən ədib deyiləm, ancaq ədəbiyyat maraqlısıyam” deyən Eynəli bəy Sultanov istedadlı ədib, publisist və pedaqoq kimi xalqımızın maariflənməsində, mədəni inkişafında mühüm rol oynayıb, ədəbiyyatda realizmin və vətəndaş fəallığının müdafiəçisi kimi çıxış edib.

“Bədii və publisistik yaradıcılıqla bərabər ilk dəfə folklor nümunələrimizin toplanması ilə də məşğul olan Eynəli bəy Sultanov Naxçıvanda üç minə qədər atalar sözü toplamışdır. Elə təkcə bu faktın özü Eynəli bəy Sultanovun öz xalqına, xalqının keçmişinə, zəngin söz yaddaşına və adət-ənənəsinə nə qədər bağlı olduğuna nümunədir”, - deyən Ali Məclisin Sədri bildirib ki, təhsil illərində rus və fransız dillərini öyrənən Eynəli bəy Sultanov tərcümə sahəsində də səmərəli fəaliyyət göstərib, müxtəlif xalqların qabaqcıl ədəbi nümunələrini Azərbaycan dilinə, Azərbaycan yazıçılarının əsərlərini isə rus dilinə tərcümə edib, bu yolla ədəbi irsimizin təbliğinə və zənginləşməsinə öz töhfəsini verib. Eynəli bəy Sultanovun bütün ədəbi və maarifçi-ictimai fəaliyyəti bir müqəddəs amala - xalqın savadlanmasına, işıqlı gələcəyinə, inkişaf və tərəqqisinə xidmət edirdi. O, Azərbaycan xalqına müraciətlə yazırdı ki, “Mən səni sevirəm, mənim xalqım! Mən inanıram, sənin irəliyə doğru hərəkətini ləngidən hər cür buxovlardan azad olacağın vaxt uzaqda deyil”. Xalqının maariflənməsində xidmətləri olan Eynəli bəy Sultanov kimi şəxsiyyətlər xalqımızın yaddaşında daim yaşayacaqlar.

Tədbirin aparıcıları Eynəli bəy Sultanovun “Dan ulduzu” jurnalında çap olunmuş “El ədəbiyyatı” məqaləsini və “Günəşin qasidi” şeirini, “Zaqafqaziya” qəzetində dərc olunmuş “Müsəlmanlar arasında ifşaedici məktublar” silsiləsindən olan məqalələrindən, “Naxçıvan şəhərində kişi gimnaziyası açmaq haqqında”, “Naxçıvan məktubları”ndan, “Azərbaycan ziyalıları haqqında” və “Son söz” məqalələrindən parçaları oxuyub, görkəmli ziyalının Azərbaycan xalqının gələcəyinə olan inamını ifadə edən fikirlərini, jurnalist Səbuhi Hüseynovun “Eynəli bəyə məktub” məqaləsini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Eynəli bəy Sultanovun 150 illik yubileyi münasibətilə hazırladığı “Onun həyat amalı” televiziya filminə baxıblar.

Eynəli bəy Sultanovun 150

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək
Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək
Böyükdüz kənd avtomobil yolu yenidən qurulub
Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində
Naxçıvanda bir sıra səhiyyə işçilərinin əməkhaqqı 50 faiz artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb
Ali Məclisin Sədri Sərəncam imzaladı
Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi təsdiq edilib - FƏRMAN
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib - FƏRMAN
Duzdağda yeni şaxta istifadəyə veriləcək
Geriyə
İrəli