Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Naxçıvan, 17 oktyabr, NTVxəbər

Naxçıvan televiziyası internet üzərindən yayıma başlamışdır

 Oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan televiziyası internet üzərindən yayıma başlayıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.         Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək demişdir ki, Naxçıvan teleradiosu son illər əsl inkişafa qovuşmuş, maddi-texniki bazası xeyli gücləndirilmiş, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir.

        Naxçıvan televiziyasının İncəsənət və musiqi verilişləri redaksiyasının baş redaktoru Təhminə Babayeva demişdir ki, Naxçıvan teleradiosu özünün yeni inkişaf dövrünü yaşayır. Yeni internet saytının yaradılması və onlayn yayımın təşkili də televiziyamızın tarixində əlamətdar hadisədir.

        Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü və Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması münasibətilə kollektivi təbrik edərək demişdir: Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir.  1996-2016-cı illərdə isə Naxçıvan televiziyası böyük inkişaf yolu keçmiş, teleradio müstəqil kanala keçirilmiş, burada müasir avadanlıqlar quraşdırılmış, efir vaxtı 17 saata çatdırılmış, televiziya böyük tamaşaçı kütləsi toplamışdır.

        Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmiş, qədim Azərbaycan torpağı olan Naxçıvanın olduğu kimi tanıdılmasında kollektivə yaradıcılıq uğurları arzulamışdır.

        Sonra Ali Məclisin Sədri televiziyada yaradılan şəraitlə tanış olmuşdur.

        Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan televiziyasının yeni internet saytı barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan televiziyası üçün www.naxcivantv.az internet saytı hazırlanaraq serverdə yerləşdirilmiş və internet üzərindən yüksək keyfiyyətli HD yayımı təşkil edilmişdir. Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Anonslar”, “Əlaqə”, “Canlı yayım və arxiv” bölmələri yaradılmışdır. Göstərilən bölmələrin hər birinə aidiyyəti üzrə məlumatlar əlavə olunmuşdur. Əsas səhifədə yer alan “Anonslar”, “Televernisaj və videoçarxlar”, “Layihələr”, “İctimai-siyasi”, “Turizm” bölmələrində olan məlumatlar  gündəlik yenilənir, rəsmi xəbərlər bölməsində gündəlik rəsmi xəbərlər yerləşdirilir. Birinci səhifədə xəbərlər üç dildə – Azərbaycan, ingilis və rus dillərində başlıqlarla göstərilmişdir. Saytda televiziyanın bir həftəlik proqramı yerləşdirilmiş və sayğac qoyulmuşdur.

Naxçıvan televiziyası internet üzərindən yayıma başlamışdır

        İnternet istifadəçiləri “Canlı yayım və arxiv” bölməsinə keçid etməklə Naxçıvan televiziyasını internet üzərindən birbaşa izləyə biləcəklər. Tamaşaçılar saytın arxivində televiziyanın son 7 gündəki efir materiallarını da izləmək imkanına malikdirlər.

        Ali Məclisin Sədrinə son dövrlərdə alınan ən son texnologiya nailiyyətləri olan videoçəkiliş aparatları, böyük tutuma malik yaddaş qurğuları və səsyazma avadanlıqları barədə də məlumat verilmişdir.

        Sonra kollektivlə görüşən Ali Məclisin Sədri Naxçıvan televiziyasının müasir maddi-texniki bazaya malik olduğunu bildirmiş, yaradılan şəraitdən səmərəli istifadə olunması və mütəxəssis hazırlığı barədə tapşırıqlar vermişdir.

        Binadakı iş otaqları və qazanxana da təmir olunmuş, yeni havalandırma xətti çəkilmiş, qarajlar və giriş qapısı yenidən qurulmuş, elektron keçid aparatı və təhlükəsizlik kameraları quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

www.naxcivantv.az