Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları ölkəmizin yüksək fəxri adlarına layiq görülmələri münasibətilə təbrik edib. Hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdıran Ali Məclisin Sədri dövlət bayrağımızın ucaldılmasının təşəbbüskarlarına ehtiramını bildirib, müstəqilliyimizin möhkəmlənməsində əməyi olanlara təşəkkür edib, təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Təltif olunanlardan Müzəffər Əsgərov, Əfsər Novruzov, Solmaz Axundova, Cəmşid Abdullayev, Bəhram Gülməmmədov, Ruhiyyə Nəcəfova, Musa Əliyev, Məmməd İsmayılov, Ələkbər Kərimov, Vəli Novruzov, Ramiz Həsənov, Zenfira Allahverdiyeva, Baba Babayev və Yeganə Mustafayeva əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq ediblər. Qeyd olunub ki, Ümummilli Liderimizin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb. Muxtar respublikada geniş quruculuq işləri aparılır. Sakinlərin rahat yaşaması və işləməsi qayğısına qalınır. Təltif olunanlar bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafında öz töhfələrini əsirgəməyəcəklərinə söz veriblər.

Digər rəsmi xəbərlər

Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
2018-ci ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi  şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verilib
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin yeddinci sessiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub
Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvana səfərə gəlib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasına rəsmi səfər edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub
 Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
Naxçıvanın sərhəd yaşayış məntəqələrində  etibarlı müdafiə sistemi yaradılıb
Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib
Qaraxanbəyli Naxçıvan şəhərinin müasir yaşayış məntəqəsinə çevrilib
Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə  minik avtomobilləri təqdim olunub
Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib
Şahtaxtinskilər Muzeyi yenidən qurulub
Naxçıvanda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd edilib
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Geriyə
İrəli