Naxçıvan Muxtar Respublikası Ali Məclisinin SədriNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il noyabrın 18-də “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Naxcivantv.az xəbər verir ki, Dövlət Proqramına uyğun olaraq noyabrın 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı” keçirilib.    

Tədbirin aparıcıları xalqımızın əsrlər boyu arıçılıqla bağlı yaratdığı folklor nümunələrini, atalar sözlərini festival iştirakçılarının diqqətinə çatdırıblar.Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək muxtar respublikanın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılığın inkişaf tarixindən danışıb, zəngin təbiətin arıçılığın inkişafı üçün əlverişli şərait yaratdığını bildirib, Naxçıvan balının bioloji xüsusiyyətləri barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən bal, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları çıxarılıb. Həmçinin festivalda baldan hazırlanan müxtəlif şirniyyatların, araqların, doşab və şərbətlərin də satışı həyata keçirilirdi. Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə də yaxşı tanınır və yüksək qiymətləndirilir. Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir.

Ali Məclisin Sədri bal və digər arıçılıq məhsulları alıb, arıçılarla söhbət edib, onların qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər, balın satışı üçün yaradılan şərait, arıçılıq əczaxanalarının fəaliyyət göstərməsi və dərman təminatı keyfiyyətli məhsul istehsalına və arı ailələrinin sayının artmasına səbəb olub.Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi olmuşdursa, hazırda arı ailələrinin sayı 70 mindən çoxdur. Son illər arıçılar balla yanaşı, qiymətli arı məhsulları olan vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arıçılıq məhsulları da istehsal edirlər. Arı ailələrindən toplanılan və xüsusi tibbi əhəmiyyətə malik olan bu cür qiymətli arı məhsullarına tələbat ilbəil artır. Eyni zamanda balın qablaşdırılması və emalı müəssisələrinin fəaliyyət göstərməsi istehsal olunan məhsulun daha rahat satışına imkan verir.

Ali Məclisin Sədri muxtar respublikanın rayonlarında arıçılarla görüşlərin keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması, lizinq yolu ilə bal süzən aparatların gətirilməsi və arıçılara verilməsi, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılmasının davam etdirilməsi, eləcə də arıxanaların yerləşdiyi ərazilərdə balyığma mənbəyi hesab olunan bitkilərin əkininə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Festival noyabrın 12-dək davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə  keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olub.

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub
Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
Naxçıvanda yaz iməcilikləri davam edir
Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Geriyə
İrəli