Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşübNoyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə görüşüb.

Naxcivantv.az xəbər verir ki, Ali Məclisin Sədri qonağı salamlayaraq onu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olan Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib. Ulu Öndərin Kuba inqilabının rəhbəri Fidel Kastro ilə yaxın əlaqələrini diqqətə çatdıran Ali Məclisin Sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verdiyini və ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirdi. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Kuba arasında ticarət əlaqələrinin olduğunu qeyd edən Ali Məclisin Sədri təhsil sahəsində əməkdaşlığın qurulmasının, xüsusilə tütünçülüyün inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğuladı.

Ulu Öndərin vətəni Naxçıvanda olmaqdan şərəf duyduğunu bildirən Alfredo Fidel Nieves Portuondo göstərilən xoş münasibətə görə minnətdarlıq etdi. Səfir Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatlı olduğunu diqqətə çatdırdı, muxtar respublikanın bütün çətinliklərə baxmayaraq inkişaf etməsinin nümunə gücündə olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirdi.

Digər rəsmi xəbərlər

Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Geriyə
İrəli