Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilibNoyabrın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının yaranması tarixindən və əhəmiyyətindən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov festivalda çıxış edərək muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Naxcivantv.az xəbər verir  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanıb, təsərrüfat sahibləri ilə söhbət edib, onların istehsal etdikləri məhsullardan alıb.

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 284 ailə təsərrüfatı tərəfindən 14 növdə 249 çeşiddə 7538 qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qaymağı, xaması, qovurması, müxtəlif növ mürəbbə və şirniyyatları, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, cəvizi, meyvə araqları, müxtəlif çeşidli ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunurdu. Naxçıvanın zəngin mətbəx mədəniyyətinə malik olması tarixən bu ərazidə quru meyvəçiliyin inkişafına stimul verib. Festivala ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılmışdı.

Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi bu sahəyə marağı xeyli artırıb. Hazırda muxtar respublikanın 87 kəndində böyük ailə təsərrüfatları vardır ki, onlar da əsasən heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Bu ilin ötən dövründə Sahibkarlığa Kömək Fondu tərəfindən 10 ailə təsərrüfatına dövlət maliyyə dəstəyi göstərilib. Bütün bunlar da ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların ixracına geniş imkanlar açır.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafı üçün nəzərdə tutulan istehsal konteynerinə baxıb.Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Bildirilib ki, 4 işçi heyəti ilə təmin olunan konteyner pendir istehsalı üçün nəzərdə tutulub. Konteynerdə istehsal xətti yaradılıb, lazımi avadanlıqlar və hazır məhsulun saxlanması üçün soyuducu quraşdırılıb. Bu da standartların tələblərinə uyğun keyfiyyətli və müxtəlif ölçülü qablaşdırılmış pendir istehsalına imkan verəcəkdir.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək veriləcəyini bildirib, təsərrüfatlarda istehsal prosesinin elmi əsaslarla və sənaye yolu ilə təkmilləşdirilməsi, məhsulların əmtəə görünüşünə və qablaşdırılmasına diqqət yetirilməsi, hər bir rayon üzrə sifarişlərin qəbul olunması və istehsal profilinə uyğun konteynerlərin quraşdırılması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının hazırlanması və icrası barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Festival noyabrın 19-dək davam edəcək, iştirakçılar arasında “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi mahnılardan ibarət konsert proqramı ilə çıxış edib.

Digər rəsmi xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Geriyə
İrəli