Şahtaxtinskilər Muzeyi yenidən qurulubAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar.”

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilər Muzeyi də Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm xidmətləri olan Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahtaxtinskilər Muzeyində olub, aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Bildirilib ki, muzeyin ekspozisiya zalı tamamilə yenidən qurulub, fond otağı yaradılıb, eksponatların ayrı-ayrı güşələr üzrə nümayişi təmin edilib. Muzeyin güşələrində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinskinin, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlının, Azərbaycan Xalq Cümhuriyyətinin maarif naziri, Azərbaycan parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinskinin, görkəmli rəssam Elmira Şahtaxtinskinin həyat və fəaliyyətini özündə əks etdirən məlumatlar, arxiv materialları, bu nəslin görkəmli nümayəndələrinin kitabları, eləcə də rəsm əsərləri toplanıb.

Muzeydə diplomat Aleksis Şahtaxtinskiyə həsr olunmuş qəzet materialları və fotoşəkillər, Şahtaxtı kəndinin görkəmli nümayəndələrindən olan İsa Sultan Şahtaxtinski, Toğrul Şahtaxtinski, Məhəmmədəmin Şahtaxtinski, Əbülfət ağa Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Həbibullah Şahtaxtinski və Ətaulla Şahtaxtinski haqqında məlumatlar da yerləşdirilib. Həmçinin ekspozisiyada Şahtaxtinskilərə həsr olunmuş televiziya filmləri, Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi ilə bağlı hazırlanmış poçt markaları və zərflər nümayiş olunur.

Ali Məclisin Sədri Şahtaxtinskilər nəslinin Azərbaycan tarixində mühüm xidmətləri olduğunu diqqətə çatdırıb, Şahtaxtinskilər Muzeyinin yeni eksponatlarla zənginləşdirilməsi və “Muzey günləri” qrafikinə daxil edilməsi barədə tapşırıqlar verib.

Şahtaxtinskilər Muzeyi yenidən qurulub

Digər rəsmi xəbərlər

Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Geriyə
İrəli