Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilibMuxtar respublikanın kompleks inkişafı sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunu da əhatə edib.

Rayonda geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, sakinlərin rahat yaşayışı təmin edilib. Həyata keçirilən tədbirlər Sədərək rayonunda mədəniyyətin inkişafı üçün də geniş imkanlar açır.

Naxcivantv.az xəbər verir ki, noyabrın 28-də Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Sədərək Rayon Mədəniyyət Evinin yeni binasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və binada fəaliyyət göstərəcək təşkilatların kollektivlərini təbrik edərək deyib: Bu gün Sədərək Rayon Mədəniyyət Evinin istifadəyə verilməsi rayonda mədəni həyatın canlanmasına səbəb olacaqdır. Binada Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşmiş Kitabxana Sistemi və Mədəniyyət Evi fəaliyyət göstərəcəkdir. Bu da hər üç təşkilatda çalışan 40-a yaxın əməkdaş üçün müasir iş şəraitinin yaradılması deməkdir.

http://naxcivantv.az/images/xeberler/2017/noyabr/16-30/anar/sedere/esas2.jpg

Ali Məclisin Sədri deyib: Mədəniyyət Evində yaradılan şərait müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcəkdir. Muxtar respublikanın teatr və musiqi kollektivlərinin, eləcə də rayon uşaq-musiqi məktəbinin şagirdlərinin Mədəniyyət Evində tamaşa və konsert proqramları ilə çıxış etmələri üçün hərtərəfli şərait var. Ona görə də Sədərək Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlamalı, muxtar respublikanın teatr və musiqi kollektivləri rayona dəvət olunmalı, ictimaiyyətin iştirakı ilə tədbirlər keçirilməli, hesabat konsertləri təşkil olunmalı, tamaşalar göstərilməlidir. Həmçinin Mərkəzləşmiş Kitabxana Sisteminin zəngin kitab fondundan istifadə olunmalı, kitab günləri və müzakirələri keçirilməlidir. Mədəniyyət Evində fəaliyyət göstərən təşkilatlar yaradılan şəraitdən səmərəli istifadə etməli, öz işlərini günün tələbləri səviyyəsində qurmalı, Sədərək rayonunda mədəni həyatın inkişafına öz töhfələrini verməlidirlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivlərə uğurlar arzulayıb, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində Mədəniyyət və Turizm Şöbəsi üçün 3 otaq, proyektor quraşdırılan 220 yerlik tamaşa zalı, dekorasiya, kinoproyeksiya və qrim otaqları yerləşir. İkinci mərtəbədə Mərkəzi Kitabxana­nın kitabişləmə və komplektləşdirmə şöbəsi, oxuculara xidmət şöbəsi, oxu zalı və fond üçün otaqlar, üçüncü mərtəbədə isə Mərkəzləşmiş Kitabxana Sisteminin Uşaq Şöbəsi və Mədəniyyət Evi üçün otaqlar istifadəyə verilib. Binanın zirzəmisində isə bufet, qazanxana və arxiv fəaliyyət göstərəcəkdir.

Mədəniyyət Evinə 3 kompüter və 1 fortepiano verilib. Hazırda Mədəniyyət Evində rəsm və qarmon dərnəkləri, uşaq yallı qrupu fəaliyyət göstərir. Sədərək Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fondunda 21 min 741 kitab vardır. Uşaq şöbəsində isə oxucuların istifadəsinə 1900-ü kiril, 1503-ü latın qrafikalı olmaqla 3 min 403 kitab verilib.

Ali Məclisin Sədri Mədəniyyət Evindəki dərnəklərin fəaliyyətinin təşkili və kitabxanalardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Sonra tamaşa zalında Sədərək Rayon Mədəniyyət Evinin instrumental ansamblının və uşaq yallı kollektivinin çıxışı olub.

Ali Məclisin Sədri instrumental ansamblın üzvləri və uşaq yallı kollektivi ilə görüşüb, Mədəniyyət Evinin fəaliyyəti üçün yaradılan şəraitdən səmərəli istifadə olunması və konsertlərin təşkilinin vacibliyini bildirib.  

Binanın həyətində müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb.

http://naxcivantv.az/images/xeberler/2017/noyabr/16-30/anar/sedere/esas1.jpg

 

Digər rəsmi xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Geriyə
İrəli