Naxcivantv.az xəbər verir  ki, dekabrın 1-də sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanlara sosial xidmətlərin göstərilməsi və reabilitasiyası diqqət mərkəzindədir. Bu günədək muxtar respublikada müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud 456 şəxsə minik avtomobili verilib, 211 müharibə əlili və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunub. Bu ilin ötən dövründə isə sağlamlıq imkanları məhdud şəxslər müxtəlif sanatoriya və pansionatlara göndərişlərlə təmin olunub, bərpa mərkəzlərində müalicələri təşkil edilib. Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi də diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün Azərbaycan torpaqlarının qorunması zamanı sağlamlığını itirmiş şəxslərə dövlət qayğısı ilə minik avtomobilləri verilir. Avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir. Eyni zamanda Vətən qarşısında xidməti olanlara avtomobillərin təqdim edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının daha bir ifadəsidir. Vətənə layiqincə xidmət etmək və bu xidmətin dövlət tərəfindən qiymətləndirilməsi isə Vətənin bütövlüyünə, gələcəyinə xidmət edir. Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaqdır.

Ali Məclisin Sədri avtomobillə təmin olunanları təbrik edib, Vətən qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim edib.

Hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış Röya Cəfərov çıxış edərək deyib: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu gündəlik həyatımızda hər an hiss edirik. Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Minik avtomobili ilə təmin olunacağımı eşidəndə çox sevindim. Bu qayğıya görə bütün müharibə iştirakçıları adından minnətdarlığımı bildirirəm.

 

Digər rəsmi xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Geriyə
İrəli