Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizə tərəqqi, xalqımıza firavanlıq və rifah bəxş edib. Bu yolun uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında quruculuq tədbirlərinin əhatə dairəsini xeyli genişləndirib. Hər il kəndlərdə müasir infrastruktur yaradılır, yeni sosial obyektlər inşa olunur, yollar çəkilir, əhalinin rahat yaşayışı təmin edilir.

Naxcivantv.az xəbər verir ki, dekabrın 2-də Qaraxanbəylidə yeni kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsib, dövlət qurumlarının fəaliyyəti üçün yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kənd mərkəzində rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, statistika işçisi üçün otaq, mədəniyyət evi və 44 yerlik zal yerləşir. Yaradılan müasir iş şəraiti və idarəetmənin səmərəli təşkili sakinlərə göstərilən xidmətin səviyyəsini xeyli yüksəldəcəkdir. Kənd kitabxanasında 7300-dən artıq kitab vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

Ali Məclisin Sədri kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanıb, müvafiq tapşırıqlar verib.

Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilib, 640 yerlik ATS quraşdırılıb, kəndə 4470 metr məsafədən fiber-optik kabel xətti çəkilib, sürətli internetə çıxış imkanı yaradılıb. Hazırda kənddə 632 telefon və 200-dən artıq internet istifadəçisi vardır.

Kənddə tibb xidməti günün tələbləri səviyyəsində təşkil olunub. 4 otaqdan ibarət olan feldşer-mama məntəqəsində ilkin tibbi yardım avadanlıqları və peyvənd çantası qoyulub, məntəqə dərman preparatları ilə təmin edilib. 

Digər rəsmi xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Geriyə
İrəli