Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də İran İslam Respublikasına rəsmi səfər edib.

Naxcivantv.az xəbər verir ki, Tehranın Mehrabad Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Müqəddim Bağeri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom qarşılayıblar.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Məhəmməd Cavad Zərif Ali Məclis Sədrini salamlayıb və onu İranda görməkdən məmnunluğunu bildirib.

Ali Məclisin Sədri İran İslam Respublikasına səfərə dəvətə görə xarici işlər nazirinə minnətdarlıq edib və qeyd edib ki, hazırda hər iki ölkə Prezidentlərinin səyi ilə ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahəsində səmərəli əməkdaşlıq vardır. Naxçıvan Dövlət Universitetində iranlı tələbələr təhsil alırlar. Culfa Gömrük Keçid Məntəqəsinin fasiləsiz fəaliyyət göstərməsi, Şahtaxtı-Poldəşt Gömrük Keçid Məntəqəsinin isə iş saatının artırılması tranzit əlaqələrinin inkişafına və gediş-gəlişin artmasına səbəb olub.

Ali Məclisin Sədri Naxçıvanın təbii qaz təchizatında İranın rolundan danışıb, bütün bunların ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran İslam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyin tərəfdarıdır. Əməkdaşlığın mövcud vəziyyəti bunu bir daha təsdiq edir. İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələr münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar açır. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında səylərin artırılması vacib amildir.

Görüşdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

***

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın “Fərab” şirkətinin rəhbərini və nümayəndələrini qəbul edib. Söhbət zamanı Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

Digər rəsmi xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci  ildönümü qeyd edilib
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
2018-ci ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi  şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verilib
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin yeddinci sessiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub
Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvana səfərə gəlib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasına rəsmi səfər edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub
 Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
Naxçıvanın sərhəd yaşayış məntəqələrində  etibarlı müdafiə sistemi yaradılıb
Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib
Qaraxanbəyli Naxçıvan şəhərinin müasir yaşayış məntəqəsinə çevrilib
Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə  minik avtomobilləri təqdim olunub
Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib
Şahtaxtinskilər Muzeyi yenidən qurulub
Naxçıvanda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd edilib
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunub
Geriyə
İrəli