Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də İran İslam Respublikasına rəsmi səfər edib.

Naxcivantv.az xəbər verir ki, Tehranın Mehrabad Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Müqəddim Bağeri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom qarşılayıblar.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Məhəmməd Cavad Zərif Ali Məclis Sədrini salamlayıb və onu İranda görməkdən məmnunluğunu bildirib.

Ali Məclisin Sədri İran İslam Respublikasına səfərə dəvətə görə xarici işlər nazirinə minnətdarlıq edib və qeyd edib ki, hazırda hər iki ölkə Prezidentlərinin səyi ilə ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahəsində səmərəli əməkdaşlıq vardır. Naxçıvan Dövlət Universitetində iranlı tələbələr təhsil alırlar. Culfa Gömrük Keçid Məntəqəsinin fasiləsiz fəaliyyət göstərməsi, Şahtaxtı-Poldəşt Gömrük Keçid Məntəqəsinin isə iş saatının artırılması tranzit əlaqələrinin inkişafına və gediş-gəlişin artmasına səbəb olub.

Ali Məclisin Sədri Naxçıvanın təbii qaz təchizatında İranın rolundan danışıb, bütün bunların ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran İslam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyin tərəfdarıdır. Əməkdaşlığın mövcud vəziyyəti bunu bir daha təsdiq edir. İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələr münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar açır. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında səylərin artırılması vacib amildir.

Görüşdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

***

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın “Fərab” şirkətinin rəhbərini və nümayəndələrini qəbul edib. Söhbət zamanı Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

Digər rəsmi xəbərlər

Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvanda sahibkarlarla görüş olub
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı, RTÖM publik hüquqi şəxsə çevrildi
Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Geriyə
İrəli