Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də İran İslam Respublikasına rəsmi səfər edib.

Naxcivantv.az xəbər verir ki, Tehranın Mehrabad Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Müqəddim Bağeri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom qarşılayıblar.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Məhəmməd Cavad Zərif Ali Məclis Sədrini salamlayıb və onu İranda görməkdən məmnunluğunu bildirib.

Ali Məclisin Sədri İran İslam Respublikasına səfərə dəvətə görə xarici işlər nazirinə minnətdarlıq edib və qeyd edib ki, hazırda hər iki ölkə Prezidentlərinin səyi ilə ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahəsində səmərəli əməkdaşlıq vardır. Naxçıvan Dövlət Universitetində iranlı tələbələr təhsil alırlar. Culfa Gömrük Keçid Məntəqəsinin fasiləsiz fəaliyyət göstərməsi, Şahtaxtı-Poldəşt Gömrük Keçid Məntəqəsinin isə iş saatının artırılması tranzit əlaqələrinin inkişafına və gediş-gəlişin artmasına səbəb olub.

Ali Məclisin Sədri Naxçıvanın təbii qaz təchizatında İranın rolundan danışıb, bütün bunların ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran İslam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyin tərəfdarıdır. Əməkdaşlığın mövcud vəziyyəti bunu bir daha təsdiq edir. İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələr münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar açır. İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında səylərin artırılması vacib amildir.

Görüşdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

***

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın “Fərab” şirkətinin rəhbərini və nümayəndələrini qəbul edib. Söhbət zamanı Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

Digər rəsmi xəbərlər

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR
Mənzillər təqdim olunub - FOTOLAR
Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq
Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib - FOTOLAR
Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Xocalı soyqırımının 27-ci ildönümü ehtiramla yad edilib - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verildi - SƏRƏNCAM
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü - FOTOLAR
Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib - VİDEO
Şahbuz şəhərində yeni Aviakassa tikilib - FOTOLAR
Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Geriyə
İrəli