Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilibDekabrın 30-da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.

Naxcivantv.az xəbər verir  ki, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası­nın sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi

4. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.

Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının  iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış ediblər.

“Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi” barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi” səsə qoyularaq təsdiq olunub.

Sessiyada “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi haqqında” məsələyə də baxılıb, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.

Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev çıxış edib və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsi haqqında” Qanun qəbul edilib.

Ali Məclisin Sədri 2018-ci ildən etibarən pensiyaçıların istəkləri nəzərə alınmaqla pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verib.

Sessiyanın gündəliyində duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilib və bununla əlaqədar qərar layihəsi qəbul edilib.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq 2017-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına bir daha təşəkkürünü bildirib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, 2018-ci ildə uğurlar arzulayıb.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası öz işini başa çatdırıb.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib

 

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik  fəaliyyətə başlayıb
Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  İranın Xarici İşlər Naziri ilə görüşüb
Ordubad dəmir yolu stansiyası kompleks  quruculuq işlərindən  sonra istifadəyə verilib
Naxçıvanda azərbaycanlıların soyqırımının  100-cü ildönümü qeyd edilib
Naxçıvanda Novruz iməciliyi keçirilib
Naxçıvan Muxtar Respublikası  Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib
Kəngərli rayonunda yeni qapalı  suvarma şəbəkəsi qurulacaq
Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvanda bu ilin ilk iməciliyi keçirilib
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının  xatirəsi yad edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib
Naxçıvanda sahibkarlarla  görüş keçirilib
Şərur rayonunun Ərəbyengicə kəndi müasir və abad yaşayış məntəqəsinə çevrilib
Sədərək rayonunda icbari tibbi sığortanın  tətbiqinə başlandı
Naxçıvan Muxtar Respublikası investisiya  reytinqinin lideridir
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci  ildönümü qeyd edilib
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
2018-ci ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilib
Geriyə
İrəli