Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik ideyası bu gün milyonlarla soydaşımızı birləşdirən dövlətçilik, vətənçilik amalına çevrilib.

Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri də milli birlik və həmrəyliyimizdir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və yüksək rifah isə xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır. Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər 2018-ci ildə də inkişafın davamlı olacağına, quruculuq işlərinin geniş vüsət alacağına əminlik yaradır.

Naxçıvantv.az xəbər verir ki, dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bayram şənliyi təşkil olunub, Vətənimizi, həmrəyliyi, yeni ili tərənnüm edən mahnılar səslənib, sakinlərə iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Dövlət başçısı deyib: Qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir. Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır… Bir sözlə, 2017-ci il ölkəmiz üçün uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaqdır”.

Sakinlər Ali Məclisin Sədrinə bayram təbriklərini çatdırıblar.

Yeni ilin ilk dəqiqələrində Naxçıvan şəhərinin mərkəzi meydanında  möhtəşəm bayram atəşfəşanlığı olub.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir
Geriyə
İrəli