Muxtar respublikanın inkişafının əsasında təhsil quruculuğu dayanır. Ötən il muxtar respublikada 10 məktəb binası istifadəyə verilib. Bu il də məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.

Naxcivantv.az xəbər verir ki, yanvarın 15-də Dizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını edib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 3 mərtəbəli yeni məktəb binasında müasir tədrisin tələblərinə uyğun şərait yaradılıb, elektron lövhələr, kompüterlər və digər müasir tədris avadanlıqları quraşdırılıb. 234 yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kitabxana, kompüter sinfi, müəllimlər otağı, hərbi kabinə, idman zalı və bufet vardır.

Ali Məclisin Sədri birinci sinifdə və məktəbəqədər hazırlıq qrupunda tədrisin təşkili ilə maraqlanıb. Bildirilib ki, bu il birinci sinifdə 14 şagird təhsil alır. Məktəbəqədər hazırlıq qrupuna isə 12 uşaq qəbul olunub.

Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, məktəbdə şagirdlərin hərb sənətinə marağının artırılması diqqətdə saxlanılır. Ötən il bir şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Bu il isə məktəbdən 5 şagird liseyə sənəd verəcəkdir.

Elektron lövhəli sinifdə ümumtəhsil məktəbləri ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında keçirilən distant dərs izlənilib.

Kitabxana fondunda 1573-ü dərslik və 1585-i bədii ədəbiyyat olmaqla 3158 kitab vardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kompüter sinfində 19 lisenziyalı və müvafiq proqram təminatı olan kompüter quraşdırılıb, kompüterlərin internetə çıxışı təmin edilib. Kimya, biologiya və fizika laboratoriyalarında müasir təcrübə avadanlıqları qoyulub.

Ali Məclisin Sədri ötən il gənc naxçıvanlı şahmatçının FİDE ustası adına layiq görüldüyünü bildirib, şagirdlərin şahmata maraqlarının artırılmasının vacibliyini qeyd edib, kimya və biologiya müəllimlərinin təkmilləşdirmə kurslarında iştirakı, dərslərin qavrama yolu ilə öyrədilməsi və elektron dərsliklərdən istifadə ilə bağlı tapşırıqlar verib.

Daha sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb, Dizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə onları təbrik edərək deyib: Yeni ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilir. Hansı ölkədə təhsil inkişaf edirsə, həmin ölkənin bütün sahələrində inkişaf təmin olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Həqiqətən də bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Təhsilin əsası da orta məktəblərdə qoyulur. Ona görə də Dizə kənd tam orta məktəbində şagirdlərin təhsilinə ciddi diqqət yetirilməli, onlar bacarıq və həvəslərinə uyğun ixtisaslara, müxtəlif peşə sahələrinə yönləndirilməlidirlər. Məktəbdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri deyib: Dizə kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Ötən tədris ilində qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, kollektiv məktəbin təhsil ənənələrini davam etdirir. Məktəbin məzunları yüksək bal toplayaraq ali məktəblərə qəbul olunublar. Bütün bunlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin bir müəllimi “Ən yaxşı müəllim” mükafatına layiq görülmüş, kənd məktəbi üçün müasir bina tikilmişdir. Kollektiv yaradılan şəraitdən istifadə edərək nailiyyətlərini daha da artırmalıdır.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.

Müəllim Firuzə Əliyeva minnətdarlıq edərək deyib: Muxtar respublikanın bütün yaşayış məntəqələrində, eləcə də kəndlərdə geniş quruculuq işləri aparılır. Təhsil quruculuğu həyata keçirilən tədbirlərin əsasını təşkil edir, hər il yeni məktəb binaları istifadəyə verilir. Bu gün açılışı olan Dizə kənd tam orta məktəbi də muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir. Yaradılan müasir tədris şəraiti müəllim kollektivinin qarşısında mühüm vəzifələr qoyur, məsuliyyətimizi artırır. Əmin edirik ki, bundan sonra daha səylə çalışacaq, ölkəmiz üçün vətənpərvər və yüksək biliyə malik gənclər yetişdirəcəyik.    

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub
Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
Naxçıvanda yaz iməcilikləri davam edir
Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik  fəaliyyətə başlayıb
Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  İranın Xarici İşlər Naziri ilə görüşüb
Ordubad dəmir yolu stansiyası kompleks  quruculuq işlərindən  sonra istifadəyə verilib
Naxçıvanda azərbaycanlıların soyqırımının  100-cü ildönümü qeyd edilib
Naxçıvanda Novruz iməciliyi keçirilib
Naxçıvan Muxtar Respublikası  Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib
Kəngərli rayonunda yeni qapalı  suvarma şəbəkəsi qurulacaq
Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvanda bu ilin ilk iməciliyi keçirilib
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının  xatirəsi yad edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib
Geriyə
İrəli