Naxçıvan, 27 dekabr, NTVxəbər

Dekabrın 27-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən naxcivantv.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan 25 ildir müstəqil dövlətdir. Ötən dövrdə Azərbaycan müstəqil ölkə kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, hərtərəfli inkişaf etmişdir. Bu inkişafın əldə olunmasında dövlət-xalq birliyinin mühüm rolu vardır. Çünki dövlətin inkişafını təmin edən onun vətəndaşlarıdır. Ölkəmizin inkişafında fərqlənən insanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün dövlət mükafatları təqdim olunanlar da uzun illər müxtəlif sahələrdə çalışan, öz işi ilə fərqlənən və əməyi qiymətləndirilən insanlardır.

Ali Məclisin Sədri ölkəmizin inkişafındakı xidmətlərinə görə təltif olunanlara təşəkkür edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik və inkişaf təmin edilmiş, dövlət müstəqilliyimiz qorunub saxlanmışdır. Ötən dövrdə ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlər Azərbaycanı daha da irəliyə aparmışdır. Artıq Azərbaycan təsdiq etmişdir ki, müstəqil yaşayan ölkədir. Bütün bunlar ölkəmizdə həyata keçirilən düzgün siyasətin, eləcə də dövlət-xalq birliyinin və insanların zəhmətinin nəticəsində mümkün olmuşdur.

Ali Məclisin Sədri təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri medalların və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Təltif olunanlardan Ədalət Əliyev, Ədalət Hüseynov, Bəhruz Bayramov, Vasif Məmmədov, Əbülfəz Dünyamalıyev, Adilə Səfərova, Aybəniz Sadiqova, Elbrus Qocayev, Üzeyir Əliyev, Ərəstun Hüseynov, Razim Vəliyev, Mirtaleh Seyidov və Zülfiyyə Seyidova minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə insanlar rahat yaşayır, davamlı inkişaf və sabitlik vardır. Təltif olunanlar bildiriblər ki, dövlət mükafatları ilə təltif olunmaları onların qarşısında mühüm vəzifələr qoyur, məsuliyyətlərini daha da artırır. Ona görə də göstərilən etimadı doğruldaraq bundan sonra da səylə çalışacaq, müstəqil Azərbaycanın inkişafına töhfələrini verəcəklər.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək
Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək
Böyükdüz kənd avtomobil yolu yenidən qurulub
Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində
Naxçıvanda bir sıra səhiyyə işçilərinin əməkhaqqı 50 faiz artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb
Ali Məclisin Sədri Sərəncam imzaladı
Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi təsdiq edilib - FƏRMAN
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib - FƏRMAN
Duzdağda yeni şaxta istifadəyə veriləcək
Geriyə
İrəli