Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində bir sıra işlər görülüb.

Naxcivantv.az xəbər verir ki, yanvarın 25-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, muxtar respublikada icbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az internet saytı və “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcəkdir. Sığorta olunan vətəndaş İcbari Tibbi Sığorta Şəhadətnaməsinin nömrəsini daxil etməklə müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edəcəkdir. “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə icbari tibbi sığortanın tətbiqində iştirak edəcək tibb müəssisələrinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə qarşılıqlı informasiya mübadiləsi təmin edilib. Sığorta olunanlar 6 aydan bir ümumi müayinələrə cəlb olunmaları, peyvənd təqvimi və dispanser nəzarəti barədə “Naxtel 4G” mobil rabitəsi üzərindən SMS vasitəsilə məlumatlandırılır. 

İcbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələri - Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası və Kardioloji Mərkəz kompüter və barkod oxuyucularla təmin edilib, qeydiyyat məntəqələri yaradılıb. İcbari tibbi sığorta və səhiyyə maarifləndirilməsi məqsədi ilə müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları hazırlanıb. İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir.    

Sədərək Rayon Mərkəzi Xəstəxanasında 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Bu da imkan verəcəkdir ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin. Xəstəxanada ən müasir texnoloji yenilikləri özündə birləşdirən stasionar tipli rəngli doppler USM cihazı, spirometr, kordiomonitor, pulsoksimetr, süni tənəffüs aparatı, lor kabinəsi üçün cərrahi avadanlıqlar dəsti, göz kabinəsi üçün biomikroskop, 4 böyütməli və göz təzyiqinin ölçülməsi üçün tonopenli, avtokeratorefraktometr, oftalmoloji proyektor, dioptrimetr, oftalmoskop, vitreoktomiya əməliyyatı üçün mikro və makro cərrahi alətlər dəsti, mirvari suyu və göz dibi iltihabı xəstəlikləri üçün Oertli OS4 markalı əməliyyat aparatı quraşdırılıb. Bu cihaz vasitəsilə min katarakt əməliyyatı, göz dibində vitreoktomiya və qlaukoma əməliyyatı həyata keçirmək mümkündür. Xəstəxananın təcili tibbi yardım avtomobili də planşetlə təmin edilib və “Səhiyyə informasiya idarəetmə sistemi”nə qoşulub. 

Sığorta olunanlara İcbari Tibbi Sığorta Şəhadətnaməsinin verilməsi məqsədlə 10 min ədəd plastik kart alınıb.

Muxtar respublikada ilk İcbari Tibbi Sığorta Şəhadətnaməsi Ali Məclisin Sədrinə təqdim edilib.

Ali Məclisin Sədri muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılmasının, yeni texnologiyaların tətbiqinin və fiberoptik xətlərin çəkilməsinin icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar açdığını bildirib, tibbi sığorta üzrə maarifləndirmə işlərinə və seminarların keçirilməsinə diqqət yetirilməsi, həkimlərin təkmilləşmə kurslarında iştirakı, tibbi sığorta olunanların həkim göstərişi əsasında müayinələrinin təşkili, həkimlərin əməkhaqqısının artırılması, eləcə də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanması barədə tapşırıqlar verib.  

Sonra Sədərək rayon sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri tibbi sığortanın tətbiqi münasibətilə sakinləri təbrik edərək deyib: 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzlanmışdır. Ötən dövrdə bu məqsədlə bir sıra tədbirlər görülmüş, Rayon Mərkəzi Xəstəxanasında müasir avadanlıqlar quraşdırılmış, həkimlər təyin olunmuşdur. Bu gündən etibarən isə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanır. Yeni sistem ən müasir tələblərə uyğun qurulmuşdur. Məqsəd ondan ibarətdir ki, həm əhali, həm də həkimlər yeni sistemin tətbiqindən razı qalsınlar. Sədərək rayonunda tibbi sığortanın tətbiqi sahəsində qazanılan təcrübə muxtar respublikanın digər rayonlarında da tətbiq olunacaqdır. 

Ali Məclisin Sədri deyib: Sədərək rayonunun inkişafı mühüm əhəmiyyət daşıyır. Çünki Sədərək rayonu sərhəd yaşayış məntəqəsidir. Bu da rayonun strateji əhəmiyyətini artırır. Bu gün dövlətimiz tərəfindən Sədərək rayonunun inkişafına xüsusi diqqət yetirilir. Hər il rayonda geniş quruculuq işləri aparılır, müasir binalar tikilir, rayonun bütün yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemləri qurulur, insanların rahat yaşayışı təmin olunur. Sakinlər də rayonun inkişafına öz töhfələrini verirlər, müasir evlər tikilir, məskunlaşma artır. Rayonda əhalinin sağlamlığının qorunması da diqqət mərkəzindədir. Bu gün qonşu işğalçı ölkədə səhiyyə sistemi acınacaqlı vəziyyətdədir. Orada insanların tibbi sığorta haqında məlumatları yoxdur. Lakin ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir səhiyyə infrastrukturu yaradılıb. Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemində tətbiq olunur. Azərbaycanda bu sistemin tətbiqi ölkəmizin inkişaf göstəricisidir. Bütün bunlar Azərbaycanda uğurla davam etdirilən Heydər Əliyev yolunun bəhrələridir.

Ali Məclisin Sədri 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının lider olduğunu diqqətə çatdırıb, bu uğurun qazanılmasında Sədərək rayon sakinlərinin də əməyi olduğunu bildirib və onlara təşəkkür edib.

Rayon sakini Həsən Rzayev minnətdarlıq edərək deyib: Bu gün göstərilən dövlət qayğısı nəticəsində Sədərək rayonu kompleks inkişaf edir. Hər il geniş quruculuq işləri aparılır, müasir təhsil, mədəniyyət, səhiyyə müəssisələri tikilərək istifadəyə verilir. Rayonda torpaqların suvarılması üçün tədbirlər görülüb, nasos stansiyaları tikilərək istifadəyə verilib. Hazırda Heydərabad qəsəbəsində tikilən 48 mənzilli yeni yaşayış binası rayonda gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılmasının və məskunlaşmanın göstəricisidir. İcbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasının və sosial müdafiəsinin gücləndirilməsinin bir formasıdır. Bu gün sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi də dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir.

 

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib
Naxçıvanda sahibkarlarla  görüş keçirilib
Şərur rayonunun Ərəbyengicə kəndi müasir və abad yaşayış məntəqəsinə çevrilib
Sədərək rayonunda icbari tibbi sığortanın  tətbiqinə başlandı
Naxçıvan Muxtar Respublikası investisiya  reytinqinin lideridir
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci  ildönümü qeyd edilib
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
2018-ci ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi  şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verilib
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin yeddinci sessiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub
Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvana səfərə gəlib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasına rəsmi səfər edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub
 Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
Naxçıvanın sərhəd yaşayış məntəqələrində  etibarlı müdafiə sistemi yaradılıb
Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib
Qaraxanbəyli Naxçıvan şəhərinin müasir yaşayış məntəqəsinə çevrilib
Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə  minik avtomobilləri təqdim olunub
Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib
Şahtaxtinskilər Muzeyi yenidən qurulub
Geriyə
İrəli