Ərəbyengicə kəndində yeni məktəb binası istifadəyə verilibƏrəbyengicə kəndində yeni məktəb binası istifadəyə verilib

Naxcivantv.az xəbər verir ki, fevralın 1-də Ərəbyengicə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, müasir layihə əsasında tikilən 3 mərtəbəli məktəb binasında lazımi tədris şəraiti yaradılıb. 208 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 17  kompüterin quraşdırıldığı kompüter otağı, müəllimlər otağı, 2710 kitab fonduna malik olan kitabxana və idman zalı vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

Ərəbyengicə kəndində yeni məktəb binası istifadəyə verilib

Ali Məclisin Sədri kitabxanada, kompüter otağında, hərbi kabinədə, laboratoriyalarda, idmanzalında və şahmat sinfində olub, birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb, elektron lövhəli sinifdə 209 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi arasında keçirilən distant dərsi izləyib.

Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, şagirdlərin hərb sənətinə marağı böyükdür. Ötən il bu məktəbi bitirən məzunlardan biri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunub. Bu il isə iki şagird Heydər Əliyev adına Hərbi Liseyə sənəd verəcəkdir.

Ali Məclisin Sədri elektron dərsliklərdən və internetdən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb, kitab mütaliəsinə marağın artırılması və idman dərslərinin keçirilməsinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.   

Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Ali Məclisin Sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllimləri təbrik edərək deyib: Ərəbyengicə kənd tam orta məktəbi müasir tədrisin tələblərinə uyğun qurulub. Məktəb daim öz nailiyyətləri ilə fərqlənib. Ötən tədris ilində məktəbi bitirən hər iki məzun ali məktəblərə qəbul olmuş, onlardan biri 500-700 intervalında bal toplamışdır. Bu da məktəbdə tədrisin və təlim-tərbiyənin düzgün təşkil olunmasının nəticəsidir.

Ərəbyengicə kəndində yeni məktəb binası istifadəyə verilibQazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri deyib: Müasir məktəb binasının istifadəyə verilməsi uğurların daha da artmasına imkan verəcək, məktəbi bitirən hər bir gənc öz istəyinə uyğun peşə sahibi olacaqdır. Çünki məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir, intizam var, tədris müəllim tələbkarlığı və şagird çalışqanlığı üzərində qurulub. Məqsəd ondan ibarətdir ki, gənclərimiz dövlətimizin yaratdığı bu şəraitdən istifadə edərək özlərinə düzgün həyat yolu seçsinlər, peşə öyrənsinlər. Bu gün ölkəmizdə orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə hərtərəfli tədris şəraiti vardır. Eyni zamanda dövlətimiz tərəfindən yaxşı oxuyan gənclərin xaricdə təhsil alması üçün də şərait yaradılmışdır.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə məktəb işinə və müəllim peşəsinə yüksək qiymət verilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki,  “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır”. Bu gün ölkəmizin dəyərli, təhsilli, tərbiyəli və vətənpərvər gənclərə ehtiyacı vardır. Çünki Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Vətəndaş da o zaman qiymətli hesab olunur ki, o təhsilli, tərbiyəli və vətənpərvərdir. Bütün bunlar isə məktəbdə hazırlanır. Ona görə də kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirməli, ölkəmiz üçün dəyərli vətəndaşlar hazırlamalıdır.

Ali Məclisin Sədri məktəbin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.

Gənc müəllim Sahabcan Səfərova deyib ki, müasir tədris avadanlıqları ilə təchiz olunmuş məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdlərin böyük sevincinə səbəb olub. Bu gün muxtar respublikamızda bütün sahələrdə uğurlar qazanılır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionlarının reytinq siyahısında lider olması bunu bir daha təsdiq edir. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi bizi qürurlandırır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Sahabcan Səfərova yaradılan şəraitə görə məktəbin kollektivi və gənclər adından minnətdarlıq edib, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklərinə söz verib.

Ali Məclisin Sədri Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsində aktiv iştirak edən bütün muxtar respublika gənclərinə təşəkkürünü bildirib və onları təbrik edib. 

Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, bufet və açıq idman qurğuları istifadəyə verilib.Ərəbyengicə kəndində yeni məktəb binası istifadəyə verilib

 

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib
Naxçıvanda sahibkarlarla  görüş keçirilib
Şərur rayonunun Ərəbyengicə kəndi müasir və abad yaşayış məntəqəsinə çevrilib
Sədərək rayonunda icbari tibbi sığortanın  tətbiqinə başlandı
Naxçıvan Muxtar Respublikası investisiya  reytinqinin lideridir
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci  ildönümü qeyd edilib
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
2018-ci ildə ilk məktəb binası Dizə kəndində istifadəyə verilib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi  şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verilib
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin yeddinci sessiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub
Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvana səfərə gəlib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasına rəsmi səfər edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub
 Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
Naxçıvanın sərhəd yaşayış məntəqələrində  etibarlı müdafiə sistemi yaradılıb
Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib
Qaraxanbəyli Naxçıvan şəhərinin müasir yaşayış məntəqəsinə çevrilib
Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə  minik avtomobilləri təqdim olunub
Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib
Şahtaxtinskilər Muzeyi yenidən qurulub
Geriyə
İrəli