Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NTV xəbərə bildirilib ki, Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onu Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi inkişafın, sabitliyin, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. Kerol Meri Krofts göstərilən xoş münasibətə görə minnətdarlıq edib, muxtar respublika haqqında ətraflı məlumata malik olduğunu və görülən işlərin məmnunluq doğurduğunu bildirib. Siyasi və iqtisadi cəhətdən Naxçıvanın əhəmiyyətini qeyd edən səfir əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Digər rəsmi xəbərlər

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunub
Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb
Türkeş kənd avtomobil yolu yenidən qurulub
Türkeş Kənd Mərkəzi istifadəyə verilib
Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Gülşənabad kənd avtomobil yolu yenidən qurulub
Kənd mərkəzi fəaliyyətə başlayıb
Müasir Azərbaycan kəndi – Gülşənabad
Geriyə
İrəli